Madriddə komendant saatı sərtləşdirilib və qonaq getmək qadağan olunub  
25.01.2021 18:42

İspaniya hakimiyyəti yanvarın 25-dən etibarən Madriddə komendant saatını sərtləşdirib.

 

“El Pais” qəzet xəbər verir ki, bazar ertəsindən etibarən şəhərdə komendant saatı bir saat tez – yerli vaxtla saat 22:00-da başlayacaq və səhər saat 6:00-a qədər davam edəcək. Kafe, restoran və mağazalar daha tez – saat 21:00-da bağlanacaq. Bu qadağalar azı iki həftə davam edəcək.

 

Bundan başqa, yerli sakinlərə evlərinə qonaq çağırmaq qadağan edilib. Digər şəxslərlə görüşməyə yalnız küçədə və ictimai yerlərdə icazə verilir, lakin dörd nəfərdən artıq qrup şəklində toplanmaq olmaz.

 

Mart ayında Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 virusunun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına əsasən, indiyədək İspaniyada 2 milyon 603 mindən çox insan koronavirusa yoluxub, 55 min 441 nəfər isə infeksiya səbəbindən həyatını itirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər