Türkiyədə yaşı 80-dən yuxarı olanların peyvəndlənməsinə başlanılır
25.01.2021 15:45

Türkiyənin Koronavirus üzrə Elmi Şurasının qərarı ilə bu gündən etibarən ölkədə vaksinasiyanın birinci mərhələsinin ikinci etapı - yaşı 80-dən yuxarı olanların peyvəndlənməsinə başlanılır.

 

Aztibb.az xəbər verir ki, bu məlumatı Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

 

Hazırda Türkiyəyə gətirilən Çinin “Sinovac” şirkəti tərəfindən hazırlanan “CoronaVac” peyvəndinin ikinci partiyasının birinci hissəsi Türkiyənin Dərman və Tibbi Ləvazimatlar Qurumunun (TİTCK) laboratoriyasında ən az 14 gün müddətində analiz ediləcək.

 

İki ölkə arasında əldə edilən razılığa əsasən bir il ərzində Çindən Türkiyəyə 50 milyon doza vaksin gətiriləcək ki, bu da 25 milyon nəfərə tətbiq ediləcək.

 

Qeyd edək ki, Türkiyədə peyvəndlənmə prosesi yanvarın 14-dən etibarən başlanılıb. Vaksinasiya dörd mərhələdə aparılacaq. İlkin mərhələdə səhiyyə işçiləri, yaşı 85-dən yuxarı olanlar, əlil, qoruma evlərində qalan vətəndaşlar peyvənd olunub. Növbəti mərhələdə isə risk qruplarına daxil olan və yaşı 50-dən yuxarı olanlar peyvəndlənəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər