“Mutasiya olunmuş viruslu xəstənin ətrafındakıları yoluxdurma şansı 15 faizdir" -  Tibb elmləri doktoru
25.01.2021 14:20

“Sürətlə yayıldığı bildirilən mutasiyaya uğramış koronavirusun söylənənlərin əksinə olaraq, daha yüngül keçirilməsi mümkün ola bilər”.

 

Bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

 

O qeyd edib ki, bir sıra ölkələrdə sürətlə yayılmağa başlayan koronavirusun mutasiyası ilə bağlı son elmi tədqiqatlar aparılıb:


"Tədqiqatlar nəticəsində virusun mutasiyaya uğramış formasının yoluxdurma əmsalının SARS-CoV-2-in yoluxdurma əmsalından 35 % daha böyük olduğu məlum olub. Eyni zamanda, mutasiya olunmuş viruslu xəstənin ətrafındakıları yoluxdurma faizi 15 faizdir".

 

Azərbaycanlı alim bildirib ki, aparılan ən böyük dörd tədqiqatla virusun mutasiyasının SARS-CoV-2-dən daha sürətlə yayılması təsdiqlənib və onun səbəbləri araşdırılır:


"İlkin fərziyyələrə görə, virusun insan orqanizmindən xaric olması, onun zərərsizləşdirilməsi və məhv edilməsi prosesi daha uzun çəkir. Buna görə də müddətin uzanması xəstənin daha çox insanı qısa zaman ərzində yoluxdurmasına gətirib çıxarır. Amma tədqiqatlarda bu, tam təsdiq edilməyib və bunun virusun daha sürətlə yayılmasının səbəbi olmadığı göstərilib".

 

"Digər elmi iddialardan biri isə virusun mutasiyasına yoluxan şəxslərin xəstəliyi simptomsuz keçirməsi infeksiyanın sürətlə yayılmasına gətirib çıxaran əsas amillərdən biridir. Ola bilər ki, mutasiyaya yoluxmuş şəxslərin əksəriyyəti xəstəliyi simptomsuz keçirir deyə o, yoluxduğundan xəbərsiz olur və gündəlik həyat tərzinə davam edir, canlı ünsiyyət isə digər insanların da yoluxmasına səbəb olur. Beləliklə, virusun mutasiyası sürətli və geniş yayılmaqda davam edir. Bu istiqamətdə olan tədqiqatlar hələ davam edir", - deyə azərbaycanlı alim bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər