Dünyanın 10 ölkəsində COVID-19-la bağlı son vəziyyət
23.01.2021 22:10

Yaponiyada yanvarın 22-də axşam saat 20:30-a olan son məlumata görə, sutka ərzində koronavirusa 5045 yeni yoluxma halı qeydə alınıb.

 

Ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı 357 min 733 nəfər təşkil edib.

 

Son sutkada həyatını itirənlərin sayı 108 nəfər təşkil edib ki, bu da indiyədək ən yüksək sutkalıq göstəricidir. Bununla da Yaponiya üzrə koronavirus pandemiyasından həyatını itirənlərin ümumi sayı 4994 nəfərə çatıb.

 

Fransada son sutkada COVID-19 infeksiyasına 23 292 yeni yoluxma və 346 ölüm faktı qeydə alınıb.

 

Pandemiya başlayandan koronavirus qurbanlarını sayı 72 674-ə çatıb. Xəstəxanalarda 26 minə qədər koronavirus xəstəsi müalicə olunur. Reanimasiya şöbələrində 2902 ağır xəstə intensiv müalicə alır.

 

Bu ölkədə fövqəladə sanitar vəziyyət 2021-ci ilin iyun ayınadək uzadılıb. Son 24 saatda 139 572 nəfər olmaqla, ümumilikdə 963 139 nəfər peyvənd olunub. 

 

Portuqaliyada koronavirusdan ölüm halları üzrə yeni antirekord qeydə alınıb. Belə ki, son 24 saat ərzində bu ölkədə COVID-19-dan 221 ölüm hadisəsi qeydə alınıb.

 

Son günlərdə koronavirusun yeni Britaniya ştammına görə bu göstəricilər sürətlə artıb. Ötən həftə Portuqaliyada yayılma tempi 8 faiz, bu həftə isə 20 faiz yüksəlib. 

 

Pandemiya başlayandan bəri Portuqaliyada 595 min 149 nəfər koronavirusa yoluxub, 9686 nəfər isə bu xəstəlikdən vəfat edib.

 

İsveçdə son sutka ərzində COVID-19-a 4214 yoluxma halı qeydə alınıb və bununla da ölkədə bu virusa yoluxanların sayı 547 min 166 nəfərə çatıb.

 

Ötən sutka ərzində 84 nəfər bu xəstəliyin qurbanı olub. Beləliklə, İsveçdə ölənlərin ümumi sayı 11 min 5 nəfər təşkil edib.

 

Rusiyada son bir gündə daha 20 921 nəfərə COVID-19 diaqnozu qoyulub.

 

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 696 273 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 559 nəfər artaraq 68 971-yə yüksəlib.

 

Rusiyada indiyədək koronavirusa yoluxan 3 109 315 nəfər sağalıb.

 

Böyük Britaniyada son sutka ərzində 33 552 nəfərdə koronavirus aşkar olunub.

 

Hazırda koronavirusa yoluxanların ümumi sayı 3 617 459 nəfərdir.

 

Son sutka ərzində 1348 nəfər COVID-19-dan həyatını itirib. Bununla da Britaniyada virusdan ölənlərin ümumi sayı 97 329 nəfərə çatıb.

 

Türkiyədə  koronavirusdan sutka ərzində 144 nəfər ölüb.

 

Son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 5856 nəfər COVID-19 infeksiyasına yoluxub.

 

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 5811, ağır xəstələr isə 1962 nəfər olub ki, bu da əvvəlki rəqəmlərlə müqayisədə 40 faiz təşkil edir.

 

Rumıniyada koronavirusa yoluxanların sayı 709 min 194 nəfərə çatıb.

 

Son 24 saat ərzində 2 min 719 yeni yoluxma hadisəsi baş verib. Koronavirusdan indiyədək ölənlərin sayı 17 min 722 nəfərdir. 650 min 189 nəfər isə sağalıb.

 

Gürcüstanda COVID-19 virusuna qarşı mübarizə tədbirləri çərçivəsində son sutka ərzində 16 min 267 nəfər test olunub. Nəticədə daha 998 nəfərdə koronavirus aşkarlanıb. Son 24 saat ərzində ölkə üzrə 1892 nəfər müalicə olunaraq sağalıb, 16 nəfər isə pandemiyanın qurbanı olub.

 

Öllkədə pandemiya başlayandan bu günədək COVID-19-a 252 972 nəfər yoluxub ki, onların da 240 629-u sağalıb, 3 038-si isə ölüb.

 

Ermənistanda son sutkada 198 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb.

 

Bununla da Ermənistanda virusa yoluxanların sayı 165 909-a çatıb.

 

Ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 3 034-ə yüksəlib.

ÇOX OXUNANLAR
Qaraciyərin düzgün işləməməsinin ƏLAMƏTLƏRİ  
Təbii vasitə 12 həftə ərzində 8 kiloqrama qədər arıqladır
Buğda cücərtisi gənclik iksiri kimi də bilinir
Təcili tibbi yardım briqadasının yardımı ilə 66 yaşlı xəstə Mərkəzi Klinik Xəstəxanaya hospitalizasiya olunub
Şuşa Rayon Mərkəzi Xəstəxanasının ginekoloqu Şəbnəm Baxşəliyeva - Həkimlərimizi tanıyaq!
Şahdamara stend taxıla bilərmi?
Masallı Rayon Mərkəzi Xəstəxanasının otorinolarinqoloqu Kamran Musayev - Həkimlərimizi tanıyaq!
Sürətli döyüntünün tək səbəbi ürək deyil!
Uşaq cərrahı Günel Əmiraslanova Şəkidə Bonum Medicalda pasiyent qəbulu həyata keçirəcək
Böyrək daşı xəstəliyi nədir və necə yaranır?
Regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edirik!
Ağır vəziyyətdə Respublika Uşaq Klinik Xəstəxanasına yerləşdirilən 2 yaşlı uşaq həyata qaytarılıb
Qastroezofageal reflüks xəstəliyindən əziyyət çəkən pasiyent Diaqnoz Tibb Mərkəzində sağlamlığına qovuşub
Naftalan Şəhər Mərkəzi Xəstəxanasının nevroloqu Təranə Bayramova - Həkimlərimizi tanıyaq!