Tibb işçilərindən sonra 65 yaşdan yuxarı şəxslərin peyvəndlənməsinə başlanacaq - Ramin Bayramlı
22.01.2021 21:02

Azərbaycanda koronavirusa qarşı peyvəndləmə prosesi başlayıb, növbəti iki həftə ərzində bütün tibb işçiləri peyvəndlənəcək.

 

Aztibb.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Türkiyə mətbuatına müsahibəsində deyib.

 

Onun sözlərinə görə, tibb işçilərindən sonra 65 yaşdan yuxarı şəxslərə və müəyyən risk qrupuna daxil olanlar peyvənd olunacaq.

 

R.Bayramlı əlavə edib ki, Azərbaycan Türkiyə ilə yanaşı, peyvəndləmə prosesinə başlayan ilk ölkələrdən olub:

 

"Bu gün şirkətlərlə anlaşıb vaksin əldə etmək o qədər də asan iş deyil. Biz "Sinovac" şirkəti ilə razılaşma əldə edərək ölkəmizin tələbatının 20 faizini təmin edəcək qədər vaksin əldə etmişik. İlk mərhələni növbəti 2-3 ay ərzində başa çatdırmağı planlaşdırırıq".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər