Vaksinasiya iki növbədə və lazımi tələblər səviyyəsində aparılır - Baş həkim
22.01.2021 13:56

Bu həftənin əvvəlindən Bakının Xəzər rayonundakı 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında vaksinasiya tədbirlərinə başlanılıb. Hər gün xəstəxananın həkim və tibb işçiləri yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd olunurlar. Ötən günlər ərzində 66 nəfərə peyvənd vurulub.

 

Aztibb.az xəbər verir ki, vaksinasiyanın gedişi barədə xəstəxananın baş həkimi Tərlan Bəbirov məlumat verərək deyib: “Xəstəxanamızda peyvənd aparılması üçün hər cür hazırlıq görülüb. 1 qeydiyyat, 6 peyvənd, 1 müşahidə və 1 təxirəsalınmaz tibbi yardım otağı ayrılıb. Həmçinin bu mühüm tədbirin aparılması üçün hərəsində 4 həkim və 6 tibb işçisi olmaqla iki növbədə işləyirik. Peyvənd vurulmamışdan əvvəl həkim otağında təzyiq və temperatur ölçülür, hansısa xəstəlikləri olub-olmadığı öyrənilir, bundan sonra jurnalda qeydiyyat aparılır, ikinci dozanın vurulma vaxtı göstərilir və həmin qeydlərin aparıldığı kart peyvənd olunanın özünə verilir. Peyvənd edilənlər yarım saat müşahidə otağında əyləşərək onların hansısa fəsadla üzləşib-üzləşmədikləri izlənilir və yalnız bundan sonra onlar evə buraxılırlar. Çinin “Sinovac” şirkətinin “CoronaVAC” vaksininin saxlanılması üçün peyvəndləmə aparılan otaqlarda soyuducular və termoçantalar var. Həmin soyuducuda vaksinlər mənfi 2 dərəcədən 8 dərəcəyədək temperaturda saxlanılır, istifadədən təxminən 10 dəqiqə əvvəl çıxarılır.. İndiyədək aparılan vaksinasiya tədbiri heç bir əks təsirə səbəb olmayıb”.

 

Baş həkim daha sonra deyib: “Xəstəxanamızda 531 həkim və tibb işçisi çalışır. Onlarda 67 nəfəri müxtəlif vaxtlarda COVID-19 infeksiyasına yoluxub və müvafiq müalicə prosedura keçəndən sonra sağalıb. Bu gün günün birinci yarısında daha 13 nəfər peyvənd edilib. Yaxşı haldır ki, əksəriyyət bu tədbirin vacibliyini anlayışla qarşılayır və peyvənd vurdurmağın zəruriliyini dərk edir. Tibb işçilərinin peyvənd edilməsi başa çatandan sonra yəqin ki, gələn ayın əvvəllərindən yaşı 65-dən yuxarı olanların bu mühüm tədbirə cəlb olunmasına başlayacağıq”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub