Daha bir rayonda COVID-19-a qarşı vaksinasiyaya start verilib
21.01.2021 19:18

Ölkəmizin digər bölgələrində olduğu kimi, Şəmkir rayon sakinləri də COVID-19-a qarşı peyvəndləməyə cəlb edilib. Rayon mərkəzi xəstəxanasında yaradılan 4 vaksin otağında TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.

 

Təhlükəsizliyinə və effektivliyinə görə seçilən “Sinovac” vaksini ilkin mərhələdə risk qrupuna daxil olan sakinlərə - səhiyyə işçilərinə, 65 yaşdan yuxarı şəxslərə və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyətə könüllülük əsasında vurulacaq.

 

Vaksinin əhəmiyyəti ondan ibarətdir ki, insanları immuniteti gücləndirmək yolu ilə COVID-19 infeksiyasından qoruyur, virusun ötürülməsini məhdudlaşdırır, ölüm halının qarşısını alır. Bütün bunlar isə səhiyyə sisteminə düşən yükü azaldacaq.

 

Tibb işçisi Sevda Məmmədova bildirib ki, vaksinasiyaya çox müsbət yanaşır: “Peyvənd olunanlar arasında mən də varam. Özümü çox yaxşı hiss edirəm. Heç bir narahatlığım yoxdur. Dövlətimiz sağ olsun ki, əhalinin sağlamlığı üçün belə gözəl addım atıb, insanlar pulsuz peyvəndlə təmin olunurlar”.

 

Digər həkim Coşqun Yusibov isə deyir ki, Şəmkir Rayon Mərkəzi Xəstəxanasında koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olur. “Dövlətin yaratdığı imkanlardan ilk istifadə edənlərdən biri də mənəm. Vaksin vurulduqdan sonra hər hansı yan təsir görmədim. Çox yaxşıyam”, – deyə o qeyd edib.

 

Tibb işçiləri ilə yanaşı, risk qrupuna daxil olan hüquq-mühafizə orqanlarının əməkdaşları da, ilk növbədə, əks-epidemik tədbirlərə cəlb olunacaqlar.

 

Gündəlik olaraq rayon mərkəzi xəstəxanasında 150-200 nəfərə peyvəndin ilk dozasının vurulması planlaşdırılır. İkinci doza isə 21 gündən sonra tətbiq olunacaq.

 

Şəmkir Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Yusif Quliyevin sözlərinə görə, rayonda vaksinasiya uğurla icra olunur. “Mən də peyvənd olunmuşam, heç bir yan təsiri yoxdur. Təlimata əsasən ilkin olaraq biz səhiyyə işçilərini vaksinasiyaya cəlb etmişik. Çünki ən böyük risk qrupuna səhiyyə işçiləri daxildir”, - deyə o əlavə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub