Pekinin təhsil ocaqları pandemiya səbəbindən yenidən bağlanıb
21.01.2021 18:32

Pekin şəhər hökumətinin qərarı ilə paytaxtdakı uşaq bağçalarında təlim-tərbiyə prosesi COVID-19 səbəbindən yanvarın 21-dən etibarən dayandırılıb.

 

Xarici KİV-lərin məlumatına görə, son günlər Çində, eləcə də paytaxtda COVID-19 virusuna yoluxma hallarının çoxalması bu qərarın qəbul edilməsinə əsas olub. Bundan başqa, orta və yuxarı sinif şagirdləri üçün dərslər yanvarın 22-dən dayandırılacaq və şagirdlər vaxtından əvvəl qış tətilinə buraxılacaq. Qış semestrinin imtahanları isə onlayn formada təşkil olunacaq. Orta məktəblərin ibtidai sinif şagirdləri isə (1-6-cı siniflər) qış tətilinə cədvəl üzrə nəzərdə tutulan vaxtdan 2 həftə əvvəl tez - ötən həftədən buraxılıb.

 

Təhsil komitəsi virusun yayılmasının qarşısını almaq üçün qəbul etdiyi qərarla Pekindəki bütün təhsil ocaqlarının fəaliyyəti dayandırılıb.

 

Paytaxtın Dasin rayonunda 9 yaşlı məktəblinin virusa yoluxması aşkarlandıqdan sonra rayonun 3 məhəlləsinin 203 min sakini yeni növ koronavirus testindən keçib. Bütün nəticələr mənfi olsa da, yoluxan şagirdin oxuduğu məktəbin şagird və müəllimlərinin bir hissəsi (1977 nəfər) 17 məntəqədə, digər qrup isə öz evlərində karantinə cəlb olunublar.

 

Xatırladaq ki, COVID-19 böhranı səbəbindən Pekinin təhsil ocaqlarında dərslər ilk dəfə ötən il fevralında dayandırılmışdı.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub