İtaliyada karantin qaydalarında yenidən dəyişiklik edilib
11.01.2021 10:40

İtaliyada Milad və Yeni il bayramları ilə bağlı tətil dövrü başa çatdıqdan sonra ölkədə karantin qaydalarında yeni mərhələ başlayıb.

 

Aztibb.az xəbər verir ki, yanvarın 11-dən etibarən İtaliyanın regionları səviyyəsində tənzimlənmiş işıqfor sistemi yenidən qüvvəyə minib və 20 regiondan 15-i “sarı zona“ elan edilib. Bu isə o deməkdir ki, həmin regionlarda epidemioloji vəziyyət qastronomiya obyektlərinin yenidən fəaliyyət göstərməsinə icazə verib. Həmin regionlarda kafe və restoranların fəaliyyətinə icazə verilməsi 220 min obyektin qapılarını öz müştəriləri üçün açmasına imkan yaradıb.

 

Ölkənin beş regionu (Lombardiya, Emiliya-Romanya, Veneto, Karabriya və Siciliya) isə yoluxma səviyyəsi yüksək olduğuna görə “narıncı zona“ elan edilib.

 

Karantin qaydalarının yumşaldılması ilə bağlı ən böyük xaos isə təhsil sistemində hökm sürür. Nazirlər Kabineti yanvarın 11-də bütün ölkə üzrə yuxarı siniflər üçün tədrisin bərpa olunacağını nəzərdə tutsa da, Lombardiya və bir sıra böyük regionların hökumətləri tədrisin distant formada davamına qərar veriblər. Məktəblərin açılışı hər regionda fərqli tarixdə nəzərdə tutulması valideyn və müəllimlər arasında narazılıqla qarşılanıb. Hökumətin koronavirus böhranında yürütdüyü təhsil siyasətinə etiraz olaraq ötən həftəsonu ölkənin müxtəlif regionlarında şagirdlərin maraqlarını təmsil edən təşkilatlar aksiyalar təşkil ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub