Koronavirusdan sağaldıqdan sonra orqanizmdə yaranan fəsadların əsas SƏBƏBİ açıqlandı 
11.01.2021 10:35

Koronavirusdan sağalanlar ümidlə antikorlar - antitellərin yaranmasını gözləyir, arzulayır və bunun üçün xüsusi analizlər verirlər. Antitellər artıq insanın koronavirus keçirdiyini və orqanizmdə virusu tanıyan immun cavabın yarandığını göstərir. Koronavirusa qarşı peyvənd də məhz orqanizmdə belə antitellər yaranması üçündür.

 

Aztibb.az xəbər verir ki, alimlər antitellərlə bağlı bədbin proqnoz veriblər.

 

Alimlər bildirir ki, koronavirusdan sağaldıqdan sonra antitellər nəinki virus qalıqlarını yox edə, eləcə də orqanizmdə sağlam hüceyrələrə də hücum edib, onları da məhv edə bilər. Ona görə də xəstələrdə sağaldıqdan sonra ürək, damar, baş, bədən ağrıları, müəyyən problemlər yaşanır.

 

Elmi tədqiqat göstərib ki, antitellərlə yanaşı yaranan autoantitellər virus hissəciklərinin bədəndə bölünüb çoxalmasının qarşısını alır. Amma autoantillər orqanizmdə autoimmun prosesi də aktivləşdirir və immunitet özü öz sağlam hüceyrələrinə - damar, beyin, qaraciyər, mədə və s. əks hücum edir.

 

Nəticədə xəstənin əlavə şikayətləri yaranır, koronavirus kənarda qalır və orqanizm tam səfərbər ola bilmir.

 

Professor Aaron Rinq bildirir ki, belə spesifik reaksiya infeksiyadan sonra bədəndə ağırlaşma və fəsadların qalmasına, orqanizmin uzun müddət özünə gəlməməsinə gətirib çıxarır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub