Macarıstanda vaksinasiya tam sürətlə gedir
10.01.2021 15:06

Macarıstan  gələn həftə çərşənbə axşamı "Pfizer-BioNTech" vaksininin növbəti partiyasını əldə etməyi gözləyir ki, bu da ən azı 39 min insanı vaksinasiya etmək üçün kifayət edəcək.

 

Aztibb.az xəbər verir ki, bu barədə pandemiya ilə mübarizəyə cavab verən operativ orqanın keçirdiyi onlayn mətbuat konfransı zamanı ölkənin baş həkimi Sesiliya Müller deyib. Onun sözlərinə görə, "Pfizer" ilə yanaşı, Macarıstan gələn həftə ABŞ-ın “Moderna” vaksininin kiçik partiyasını da alacaq.

 

S.Müller bu günə olan məlumata görə, Macarıstanda 42 min 549 tibb işçisinin artıq vaksinasiyadan keçdiyini, ölkənin dörd ən böyük qocalar evində isə vaksinasiyanın tam sürətlə getdiyini bildirərək əlavə edib ki, bu istirahət günlərində əyalətlərdə olan qocalar evləri də peyvəndlə təmin olunacaq.

 

“Virusa qarşı həssas olan insanlar üçün ən qısa müddətdə vaksin əldə etməyə çalışırıq”, - deyə o, söyləyib. Müller, həmçinin ölkədə xəstələnənlərin sayının artması ilə bağlı narahatlığını bildirib. O, Macarıstanın 19 milyon dozadan çox vaksin sifariş verdiyini bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub