Çində 9 milyon nəfərə COVID-19 peyvəndi vurulub
09.01.2021 23:20

Çində COVID-19 infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi çərçivəsində xüsusi risk qrupundan olan 9 milyon nəfərə peyvənd vurulub.

 

Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Cen İsin yanvarın 9-da keçirilən mətbuat konfransında bu barədə açıqlama verib. O, hökumətin şərq xalqlarının Ay təqvimi ili qeyd olunan Yeni il bayramı (11-17 fevral) tətilinədək 50 milyon nəfərə 2 dozada peyvənd vurulmasını başa çatdırmağı planlaşdırdığını deyib.

 

Bildirilib ki, son günlər virusun yeni yoluxma ocaqlarının aşkarlandığı Hebey vilayətində vaksinasiya prosesinin sürətləndirilməsinə qərar verilib.

 

Cen İsin Çində hazırlanan peyvəndlərin COVID-19-un Böyük Britaniyada tapılan yeni ştammına qarşı effektli ola biləcəyini deyib. Onun sözlərinə görə, çinli mütəxəssislər ötən il Çində aşkarlanan virus ştammı ilə Böyük Britaniyada aşkarlanan ştammı müqayisə edərkən, peyvəndin həm heyvanlarda, həm də insanlarda yaratdığı anticisimlərin virusu neytrallaşdırdığının şahidi olublar.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub