Bir sıra ölkələrdə pandemiya ilə bağlı SON VƏZİYYƏT
09.01.2021 10:25

Almaniyada son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 24 694 yoluxma halı qeydə alınıb, 1083 nəfər vəfat edib.

 

Bununla da Almaniyada indiyə qədər ümumilikdə 1 891 581 nəfər koronavirusa yoluxub, onlardan 39 878 nəfər ölüb.

 

Böyük Britaniyada son sutka ərzində 68 053 nəfər koronavirusa yoluxub. Bu, pandemiyanın başlamasından etibarən qeydə alınan ən yüksək göstəricidir. 

 

Hazırda koronavirusa yoluxanların ümumi sayı 2 957 472 nəfərə çatıb.

 

Son sutka ərzində ölkədə 1325 nəfər isə koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 79 833 nəfərə çatıb.

 

ABŞ-da son sutka ərzində aşkar edilmiş koronavirusa yoluxma hallarının sayı 283 mindən çox artıb.

 

Son 24 saat ərzində həkimlər 283 204 nəfərə COVID-19 diaqnozu qoyublar. 3 456 nəfər isə virusun qurbanı olub.

 

Pandemiyanın başlanğıcından bəri ABŞ-da 21,8 milyondan çox koronavirusa yoluxma halı qeydə alınıb, 368 mindən çox insan isə ölüb.

 

Rusiyada koronavirusa yoluxanların sayı 3,37 milyonu keçib.

 

Ölkədə son sutka ərzində 23 309 nəfər virusa yoluxub, 470 nəfər isə həyatını itirib.

 

Bu günə qədər Rusiyada 3 379 103 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 61 381 nəfərə çatıb.

 

Ölkə ərazisində ümumilikdə 2 754 809 şəxs virusdan sağalıb, 562 913 nəfərin müalicəsi isə davam edir.

 

Gürcüstanda ötən sutkada daha 2 058 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 529 nəfər sağalıb, 22 pasiyent isə ölüb.

 

Qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 238 086 nəfər təşkil edir. Onların 224 718-i sağalıb, 2 750-si isə vəfat edib.

 

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 379 yoluxma qeydə alınıb, 14 nəfər ölüb.

 

Ölkədə indiyədək koronavirusa yoluxanların sayı 161 794, ölənlərin sayı isə 2922 nəfərə çatıb.

 

Xəstəlikdən sağalanların sayı 148 893 nəfərdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub