Avstraliya hökuməti ölkəyə gələnlərdən koronavirusla bağlı mənfi test tələb edəcək
09.01.2021 09:20

Avstraliya hökuməti Kvinslend ştatının Brisben şəhərində koronavirusun yeni ştammı aşkar edildikdən sonra ölkəyə gələnlərlə bağlı epidemioloji məhdudiyyətləri daha da kəskinləşdirib.

 

Aztibb.az xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Skott Morrison məlumat verib.

 

Baş nazir deyib ki, bundan sonra Avstraliyaya gələn bütün aviareyslərin sərnişinləri üçün koronavirusla bağlı mənfi test arayışı məcburi olacaq.

 

S.Morrison əlavə edib ki, bütün aviareyslərdə uçuş ərzində sərnişinlərin tibbi maskalardan istifadəsi də məcburi olacaq. Bununla yanaşı, bütün beynəlxalq reyslərin heyət üzvləri həftədə bir dəfə koronavirus testindən keçəcəklər. Onlar üçün xüsusi izolyatorlar da açılacaq.

 

Eyni zamanda hakimiyyət orqanları daxili reyslərdə də qaydaları kəskinləşdiriblər və bu zaman 12 yaşadək uşaqlar istisna olmaqla qalan sərnişinlər üçün tibbi maskadan istifadə məcburi olacaq.

 

Bu ərəfədə Avstraliyanın baş sanitar həkimi Pol Kelli bildirib ki, Avstraliya üçün əsas risk faktoru əcnəbi səyyahlardır.

 

Qeyd edək ki, Avstraliyada yeni koronovirus ilk dəfə 2020-ci il yanvarın 20-də qeydə alınıb. Bu günədək burada koronavirusa yoluxanların ümumi sayı 28 min 547 nəfərə çatıb. Onlardan 909-u həyatını itirib. Epidemioloji vəziyyətlə əlaqədar regionlar arasında sərhədlər bağlanıb, Brisbendə və Sidneyin bəzi yerlərində karantin rejimi elan edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər