Vaksinasiyanın təşkili və əlavə təsirlərinin idarə edilməsi ilə əlaqədar təlimlər keçirilir
08.01.2021 09:00

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən ölkəmizdə aparılacaq vaksinasiyanın təşkili və əlavə təsirlərinin idarə edilməsi ilə əlaqədar təlimlərə başlanılıb.

 

Aztibb.az xəbər verir ki, TƏBİB-in departament rəhbəri Elmir Bəşirov deyib: “Respublikamızda vaksinasiyanı aparacaq həkim və tibb bacılarından ibarət briqadalar prosedurun aparılma qaydası ilə əlaqədar təlimatlandırılır. Ölkəmizdə vaksinasiya 150 məntəqədə aparılacaq. Həmin məntəqələrdə xəstənin qeydiyyatı, şikayətlərin qəbulu, qızdırmanın ölçülməsi, kompüterdə və jurnalda qeydiyyatın aparılma qaydası barədə məlumat verilir”.

 

Mütəxəssislərin dediyinə görə, elmi araşdırmalara əsasən xəstəliklərdə iki virusun eyni vaxtda insan orqanizminə mənfi təsir göstərməsi faktı yoxdur. Ümid etməyə dəyər ki, qış aylarından sonra dünya sağlam həyata qayıtmaq imkanı əldə edəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər