"Vaksinasiyadan sonra da maska taxılmalıdır" - Yaqut Qarayeva
08.01.2021 21:02

Yeni növ koronavirus pandemiyası ilə mübarizə məqsədilə ölkəmizə gətiriləcək peyvəndlərə böyük ümidlər bəslənilir. Lakin peyvəndlərin gətirilməsi və onun vaksinasiyasının başlanılması heç də arxayınçılıq üçün əsas vermir.

 

Aztibb.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

 

Onun sözlərinə görə, peyvəndin vurulması orqanizmdə immunitetin inkişaf etməyə başlaması deməkdir.

 

"Birinci doza vurulandan 14-21 gün sonra ikinci doza vurulacaq. İkinci dozadan sonra virusa qarşı orqanizmdə yaranan anticisimlərin əmələ gəlməsini gözləmək lazımdır. Lakin bununla birlikdə vaksinasiya prosesindən bir müddət sonra da tibbi maska taxılmalı, əl gigiyenası və sosial məsafə ilə əlaqədar qaydaya əməl olunmalıdır, çünki ikinci doza alınana qədər, daha dəqiq desək, immunitet yaranana qədər təhlükənin sovuşmasına bel bağlamaq olmaz. Orqanizmdə infeksiyaya qarşı immunitet yaranana qədər gözləmək və qaydalara əməl etmək lazımdır”, - deyə TƏBİB rəsmisi qeyd edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub