Dünyanın yoxsul əhalisinə tezliklə peyvənd dozaları çatdırılacaq
08.01.2021 15:42

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, dünyanın yoxsul ölkələri yanvar ayının sonundan fevralın ortalarınadək koronavirusa qarşı peyvənd dozalarının ilk tranşını alacaqlar.

 

Koronavirus əleyhinə peyvənd təşəbbüsü (COVAX) çərçivəsində əldə edilən peyvənd dozaları qarşıdakı həftələr ərzində paylanmalıdır. Bildirilib ki, COVAX təşəbbüsü çərçivəsində ümumilikdə 2 milyard doza peyvəndin alınması barədə müxtəlif istehsalçılarla razılıq əldə edilib.

 

Qeyd edilməlidir ki, GAVI peyvənd alyansının dəstəyi ilə ÜST tərəfindən təsis edilən beynəlxalq COVAX proqramının hədəfi COVID-19 peyvəndlərinin dünyada ədalətli paylanmasını təşkil etməkdir.

 

COVAX-ın məqsədi bu ilin sonunadək bu təşəbbüsə qoşulmuş ölkələrin əhalisinin 20 faizinin vaksinasiyası üçün lazım olan miqdarda peyvənd dozalarının əldə edilməsinə nail olmaqdır. Qeyd edilib ki, dünyanın 92 yoxsul ölkəsi üçün peyvənd dozalarının alınması və çatdırılmasının maliyyələşməsi təmin edilib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub