Koronavirus yoxa çıxa bilər - Professordan ŞAD XƏBƏR
08.01.2021 12:22

Koronavirusun Britaniya ştammının yoluxuculuğu çox olsa da, öldürücülük qabiliyyəti daha azdır.

 

Aztibb.az xəbər verir ki, bunu Türkiyə Səhiyyə Nazirliyi Sosial Elmlər Qurumunun üzvü, Qazi Universiteti Tibb Fakültəsinin dekanı, professor Mustafa Necmi İlhan deyib.

 

Onun sözlərinə görə, pandemiyanın başlanğıcında Britaniyada virusun öldürücülük qabiliyyəti 2,3 faiz olub:

 

"Daha sonra pandemiyanın kəskin dövründə 3 faizə qədər yüksəldi. Amma hazırda 1,3 faiz ətrafındadır. Bu da bizə onu deyir ki, koronavirus əvvəlki tiplərində olduğu kimi mutasiyaya uğrayaraq yoxa çıxa bilər. Mutasiya bizə bu ehtimalı düşündürür. Amma hazırda buna dair hər hansı dəlil yoxdur. Lakin rəqəmlər göstərir ki, yeni virusun yoluxduğu insanlarda ölüm faizi azdır".

 

Professor mutasiyaya uğrayan virusun öldürücülük qabiliyyətinin az olmasının iki səbəbini vurğulayıb:

 

"Yoluxduğu insan sayı daha çoxdur, daha yüngül xəstəliyə səbəb olmuş ola bilər. Buna görə də öldürücülük sürəti azalmış ola bilər. Bunu müşahidə etmək lazımdır".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər