EKMO cihazına qoşularaq müalicə olunan daha bir ağır COVID-19 xəstəsi sağalıb - Mərkəzi Gömrük Hospitalı
08.01.2021 12:16
Mərkəzi Gömrük Hospitalının reanimatoloqlar komandası tərəfindən EKMO cihazına qoşularaq müalicə edilən üçüncü ən ağır COVID-19 xəstəsi şəfa tapıb.
Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının pandemiya xəstəxanası kimi fəaliyyət göstərdiyi müddətdə bütün tibb personalı yalnız COVID-19 xəstələrinin müalicəsi ilə məşğul olur. Dövlət Gömrük Komitəsinin dəstəyi ilə ən innovativ tibbi avadanlıqlarla təmin edilmiş klinik şöbələr və PZR laboratoriya Hospitalın tibb personalına koronaviruslu xəstələrin müalicəsini uğurla aparmağa imkan verir.
Hospitaldan verilən məlumata görə, Azərbaycanda ilk dəfə məhz Mərkəzi Gömrük Hospitalının Reanimasiya və İntensiv terapiya şöbəsinin yüksəkixtisaslı həkimləri tərəfindən ən ağır COVID-19 xəstələrinin müalicəsində ekstrakorporal membran oksigenasiyası (EKMO) üsulundan uğurla istifadə edilmişdir. Bu günlərdə Hospitalın yüksəkixtisaslı reanimatoloqlar komandası tərəfindən EKMO cihazına qoşularaq müalicə olunmuş üçüncü xəstə evə yazılacaq. Qeyd edək ki, EKMO-nun əsas məqsədi ənənəvi müalicəyə tabe olmayan ağır xəstələrdə orqan və toxumalara oksigen verilməsini optimallaşdırmaqdır.
EKMO aparatına ağciyərlərinin 90%-i zədələnmiş, qan qazlarında ciddi mənfi dinamika müşahidə olunan xəstələr qoşulur. Belə ki, koronaviruslu xəstələrdə ağciyərlər öz funksiyasını heç cür bərpa edə bilmirsə, süni tənəffüs aparatına qoşulduqda da fayda olmursa, xəstə məcburən EKMO cihazına qoşulur. EKMO cihazı ağciyər və ürək yerinə 2-3 həftə və daha artıq müddətdə fəaliyyət göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandırır. EKMO – müasir və yüksək texnoloji bir müalicə üsuludur.
Hospitalın Reanimasiya və İntensiv terapiya şöbəsinin rəisi Dr.Tural Sadıqovun rəhbərliyi altında reanimatoloqlar – Dr. Mehdi Əliyev, Dr. Rəşad Nəsirli, Dr. Könül Həsənova, Dr. Təranə Göyüşova, Dr. Xəyal Məmmədov, Dr. Sevda Quliyeva, Dr. Mirmənsim Məmmədov, ürək-damar cərrahı Dr. Kənan Əsədovdan ibarət peşəkar həkim briqadası ən ağır COVİD-19 xəstələrinin EKMO aparatına qoşulmasını uğurla icra edirlər.
Respublika Diaqnostika Mərkəzinin yüksəkixtisaslı kardioloq-perfuzioloqu, Azərbaycanda EKMO cihazının tətbiqi üzrə peşəkar, yüksəkixtisaslı mütəxəssislərdən biri olan Dr. Anar Məhərrəmov da Mərkəzi Gömrük Hospitalının Reanimasiya və İntensiv terapiya şöbəsinin tibb heyəti ilə çiyin-çiyinə çalışaraq, ağır koronaviruslu xəstələrin EKMO üsulu ilə müalicəsində fəal iştirak edir.
COVID-19 pandemiyası səngimək bilmədən davam edir və koronavirusla mübarizəyə ölkəmizin ən peşəkar, ən təcrübəli həkimləri səfərbər olunub. Bu gün məhz belə peşəkar, yüksəkixtisaslı həkimlərin sayəsində Mərkəzi Gömrük Hospitalında ağır koronaviruslu xəstələrin müalicəsində ekstrakorporal membran oksigenasiyası (EKMO) üsulundan düzgün və səmərəli istifadə edilməsi mümkün olub.
Bu bölməyə aid digər xəbərlər
COVID-19 təhlükəsi tam aradan qalxmayıb - Risk qrupunda olanlar diqqətli olmalıdır
14.10.2026 | 10:28
Qripdən sonra ürəyi dayanan 8 yaşlı J-Pop ulduzunun ölümü miokarditin təhlükəsini gündəmə gətirdi
08.10.2026 | 15:33
Heyvanlardan keçən yeni koronavirus aşkarlanıb
23.09.2026 | 12:00
COVID-19 beyində iz buraxdı: Pandemiyadan 5 il sonra narahatedici təsir üzə çıxıb
13.09.2026 | 09:49
Akademik: Pandemiyanın astanasındayıq
07.09.2026 | 12:53
ABŞ-da hərbçilərin ölümündə COVID-19 vaksinlərinin rolu araşdırılır
04.09.2026 | 09:44
COVID-19 Epşteyn-Barr və herpes viruslarını yenidən aktivləşdirə bilər - TƏDQİQAT
27.08.2026 | 07:15
Son 1 həftədə COVID-19-dan 14 nəfər ölüb - Dövlət yoluxmaları artırdı
12.08.2026 | 11:46
"Chandipura" virusu narahatlığı - Müdaxilə qrupu səfərbər edilib
10.08.2026 | 09:33
Konqoda Ebola epidemiyası böyüyür - Virusun mutasiyaya uğraması ehtimalı araşdırılır
08.08.2026 | 10:47
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
24.10.2026 | 19:16
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
17.10.2026 | 14:26

