Alimlərdən pandemiya ilə bağlı ümidverici PROQNOZ
08.01.2021 12:14

Alimlər koronavirus pandemiyasının yaxın iki ay ərzində tədricən zəifləyəcəyini proqnozlaşdırır.

 

Aztibb.az xəbər verir ki, immunoloq Vladimir Bolibokun verdiyi məlumata görə, bundan sonra yoluxmalarda payız və dekabr aylarında olduğu kimi böyük artım olmayacaq.

 

"Ən yüksək zirvəyə çatdıq. Bu, pandemiyada ən yüksək dalğa idi. Fevral ayının sonu - mart ayının əvvəlində bu rəqəmlərdən ayrılacağıq, yoluxma sayı azalacaq", - immunoloq qeyd edib.

 

Moskva Dövlət Universitetinin Virusologiya kafedrasının professoru Aleksey Aqranovskinin fikrincə, bu azalma hamar olacaq.

 

"Yazda yoluxmada azalma olacaq, ancaq kəskin deyil, tədricən. Peyvənddən düzgün istifadə edilərsə, koronavirus infeksiyası daha sürətlə azalacaq".

 

Mütəxəssislər hesab edir ki, ən kəskin azalma 2021-ci ilin yayında özünü göstərəcək. Bu isə həm peyvənd olunanlarda, həm də xəstələnənlərdə yaranmış immunitet hesabına baş verəcək. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər