Müxtəlif ölkələrdə pandemiya ilə bağlı son göstəricilər
08.01.2021 11:29

Almaniyada ötən gün 31 849 nəfərə COVID-19 diaqnozu qoyulub, 1 188 nəfər pandemiyanın qurbanı olub.

 

Beləliklə, Qərbi Avropa ölkəsində indiyədək 1 866 887 nəfərdə koronavirus qeydə alınıb. Onlardan 38 795 nəfər dünyasını dəyişib. Ümumi sağalanların sayı isə 1,4 milyondan çoxdur.

 

Braziliyada yeni növ koronavirus infeksiyasından ölənlərin sayı durmadan artır.

 

Son bir gün ərzində 1 524 nəfər infeksiyanın yaratdığı xəstəlikdən ölüb. Bununla da pandemiyadan dünyasını dəyişənlərin sayı 200 498 nəfərə çatıb.

 

Ölkədə koronavirusa yoluxanların ümumi sayı 7 961 673 nəfərə çatıb, son 24 saat ərzində 87 843 şəxsin COVID-19 testi müsbət olub. Müalicə alan 7 096 931 pasiyent sağalıb, aktiv xəstə sayı isə 664 244 nəfərdir.

 

Böyük Britaniyada son sutka ərzində 52 618 nəfər COVID-19-a yoluxub.

 

Hazırda ölkədə koronavirusa yoluxanların ümumi sayı 2 889 419 nəfərə çatıb.

 

Son sutka ərzində 1162 nəfər isə koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 78 508 nəfərə çatıb.

 

Rusiyada son bir gündə daha 23 652 nəfərə COVID-19 diaqnozu qoyulub.

 

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 355 794 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 454 nəfər artaraq 60 911-ə yüksəlib.

 

İspaniyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 2 024 904 nəfərə çatıb.

 

Son 7 gündə 76 mindən çox yoluxma faktı qeydə alınıb. İki həftə ərzində isə demək olar ki, 151 min nəfərin COVID-19 testi müsbət olub. Bu da epidemiyanın yayılmasında artım olduğunu göstərir.

 

Epidemiya başlayandan koronavirus infeksiyasına yoluxan 51,7 min xəstə vəfat edib. Onların 530-u son bir həftə ərzində həyatını itirib.

 

Gürcüstanda son sutkada koronavirusa 537 yeni yoluxma halı təsdiqlənib, 494 nəfər müalicə olunaraq sağalıb, 34 pasiyent isə vəfat edib.

 

Qonşu ölkədə indiyədək COVID-19-a 236 028 nəfərin yoluxduğu müəyyən edilib. Onların 224 189-u sağalıb, 2 728-i isə dünyasını dəyişib.

 

Ermənistanda daha 361 nəfərdə koronavirus aşkarlanıb.

 

Bununla da Ermənistanda virusa yoluxanların sayı 161 415 olub.

 

Ölkədə pandemiyadan ölənlərin sayı daha 7 nəfər artaraq 2 908-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 696-ya yüksəlib. İndiyədək 147 961 pasiyent infeksiyadan sağalıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər