Tokioda və daha üç prefekturada fövqəladə vəziyyət rejimi elan olunub
08.01.2021 10:18

Yaponiya hökuməti koronovirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə paytaxt Tokioda və daha üç prefekturada fövqəladə vəziyyət rejimi elan edib.

 

Aztibb.az xəbər verir ki, fövqəladə vəziyyət rejiminin tətbiqi barədə qərar cümə günü qüvvəyə minəcək və fevralın 7-dək davam edəcək.

 

Hökumətin qərarını elan edən Baş nazir Yoşihide Suqa deyib: “COVID-19-un ölkə ərazisində sürətlə yayılması həm insanların həyatına, həm də iqtisadiyyata güclü təsir göstərə bilər. Buna görə də mən virusla mübarizə barədə qanuna uyğun olaraq, fövqəladə vəziyyət rejimini elan edirəm”.

 

Qeyd edək ki, Yaponiyada fövqəladə vəziyyət Avropa ölkələri ilə müqayisədə, daha yumşaq olması ilə fərqlənir. Həmin prefekturaların qubernatorları sakinləri profilaktika məqsədilə əməkdaşlığa çağırmaq üçün qanuni əsas əldə edirlər.

 

Yanvarın 8-dən başlayaraq restoran və barlar axşam saat 20:00-dan sonra bağlanacaq, spirtli içkilərin satışı isə bir saat bundan əvvəl dayandırılacaq. Sakinlərdən, həmçinin saat 20:00-dan sonra əhəmiyyətsiz gəzintilərdən imtina etmələri xahiş olunacaq. Şirkətlərə məsafədən işə üstünlük vermək və ofisdə çalışan işçilərin sayını 70 faizədək azaltmaq təklif ediləcək.

 

Baş nazir fövqəladə vəziyyət rejiminin tətbiqi barədə hökumətin qərarını elan etdikdən sonra əhalini əməkdaşlığa çağırmaq üçün mətbuat konfransı da keçirib.

 

Qeyd edək ki, bu, Yaponiyanın Tokio şəhərində elan edilən ikinci fövqəladə vəziyyət rejimidir. Yanvarın 7-nə olan məlumatlara görə, Yaponiyada koronavirusa yoluxanların gündəlik sayı ilk dəfə olaraq 7 min nəfəri ötüb. Onların təqribən yarısı paytaxt Tokionun payına düşür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər