Yanvarın 18-də karantin qaydaları yumşaldılacaq? - AÇIQLAMA
07.01.2021 17:51
"Yanvarın 18-dən sonra karantin qaydalarının yumşaldılması ilə bağlı heç bir məlumatım yoxdur. Bu barədə qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah yoluxma statistikasına baxaraq qəbul edə bilir”.
Qaynarinfo xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
"Ölkədə elan olunan karantin rejimi qaydalarından sonra koronavirusla bağlı nəticələr yaxşıdır. Sərtləşdirilmiş karantin rejimi barədə qərar verəndə dörd mindən çox yoluxma sayı var idi və bunun nəticəsi olaraq, xəstəxanalarda yataqların dolması, hətta intensiv terapiya və reanimasiya şöbələrinin dolması çox təhlükəli bir həddə gəlib çıxmışdı” deyə Yaqut Qarayeva bildirib.
Onun sözlərinə görə, sərtləşdirilmiş karantin nəticəsində yoluxma sayı 1000-dən aşağıdır:
"Yoluxma sayının sağalma sayından az olması o deməkdir ki, xəstəxanalarda yataqların sayı azalır, xəstələrin müalicəsi daha da yaxşılaşır. Yoluxma sayının rəqəmi ilə aparılan testin sayı əlaqəlidir. Biz heç vaxt situasiyanı rəqəmlə qiymətləndirmirik. Burada yoluxmanın faizinə baxmaq lazımdır ki, aparılan testlərin neçə faizində pozitiv nəticə çıxır. Faizdə ciddi enmələr var”.
TƏBİB rəsmisi bildirib ki, yayda ölkədə COVID-19-a yoluxmanın sayında artım olan zaman bu xəstəliyi keçirənlər arasında təkrar yoluxma halları müşahidə edilib:
"Bu gün koronavirusla mübarizədə bütün ümidimiz vaksinasiya ilə əlaqəlidir. Artıq bir ildir ki, bu xəstəliklə yaşayırıq. Yoluxub, heç bir immuniteti yaranmayan insanlar oldu. Buna görə koronavirusa qalib gəlmək üçün vaksin mütləqdir. Biz Türkiyəyə səfər etdikdə, peyvənd vurduran insanlarla görüşdük və ümidlərimiz artdı”.
O qeyd edib ki, vaksinin seçimində əsas xüsusiyyət onun təhlükəsizliyi və effektivliyidir:
"Hazırda hansı peyvənlərin insanlara vurulması müzakirə olunur. Yaxın vaxtlarda bu barədə açıqlama veriləcək. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI (Global Alliance for Vaccines) təşkilatı arasında saziş imzalanıb. Bununla da əhalimizin 10 faizinə peyvənd vurulması üçün vaksinlər gözləyirik. GAVI tərəfindən Azərbaycana hansı vaksinlərin verilməsi barədə hələlik məlumat yoxdur. Biz onlara necə peyvənd istədiyimizi bildirə bilirik. Təşkilatdan aprel ayına peyvəndi gözləyirik. Artıq qış keçmiş olacaq, bu da bizim üçün zaman itkisi ola bilər. Hazırda Avropada insanlara peyvənd vurulmasına başlanılıb. Biz də bu ölkələrin sırasında olmaq istəyirik. Vaksinlərin vurulması ilk olaraq risk qruplarına şamil olunacaq. Yaxın günlərdə əhaliyə vaksinlər barədə geniş məlumatlar veriləcək. Peyvəndin yarada biləcəyi allergik reaksiya ola bilər. Bundan heç kim sığortalanmayıb. Bu, o demək deyil ki, peyvəndlər təhlükəlidir”.
Bu bölməyə aid digər xəbərlər
COVID-19 təhlükəsi tam aradan qalxmayıb - Risk qrupunda olanlar diqqətli olmalıdır
14.10.2026 | 10:28
Qripdən sonra ürəyi dayanan 8 yaşlı J-Pop ulduzunun ölümü miokarditin təhlükəsini gündəmə gətirdi
08.10.2026 | 15:33
Heyvanlardan keçən yeni koronavirus aşkarlanıb
23.09.2026 | 12:00
COVID-19 beyində iz buraxdı: Pandemiyadan 5 il sonra narahatedici təsir üzə çıxıb
13.09.2026 | 09:49
Akademik: Pandemiyanın astanasındayıq
07.09.2026 | 12:53
ABŞ-da hərbçilərin ölümündə COVID-19 vaksinlərinin rolu araşdırılır
04.09.2026 | 09:44
COVID-19 Epşteyn-Barr və herpes viruslarını yenidən aktivləşdirə bilər - TƏDQİQAT
27.08.2026 | 07:15
Son 1 həftədə COVID-19-dan 14 nəfər ölüb - Dövlət yoluxmaları artırdı
12.08.2026 | 11:46
"Chandipura" virusu narahatlığı - Müdaxilə qrupu səfərbər edilib
10.08.2026 | 09:33
Konqoda Ebola epidemiyası böyüyür - Virusun mutasiyaya uğraması ehtimalı araşdırılır
08.08.2026 | 10:47
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
24.10.2026 | 19:16
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
17.10.2026 | 14:26

