COVID-19-a qarşı vaksinlərlə bağlı qərar yaxın günlərdə olacaq - TƏBİB
07.01.2021 17:38

Hazırda COVID-19-a qarşı vaksinlərlə bağlı müzakirələr aparılır. Yaxın günlərdə bununla bağlı rəsmi qərar olacaq.

 

Aztibb.az xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu Departamentinin müdiri Yaqut Qarayeva deyib.

 

Azərbaycanın hansı vaksinləri seçəcəyi məsələsinə toxunan Y.Qarayeva qeyd edib ki, bütün dünyada vaksinin seçimi ilə bağlı əsas meyar onun təhlükəsizliyidir: "Nə qədər effektiv olsa belə, vaksinin əks-təsiri varsa, onun istifadəsi artıq müzakirə edilmir.

 

İkinci əsas meyar isə onun effektivliyidir. Əgər bir peyvənd vururuqsa, onun immunitetinin qazanılmasını gözləyirik. Bunlarla yanaşı, onun istifadəsinin rahat olması da seçim meyarları sırasındadır. Ona görə də Azərbaycan üçün prioritet təhlükəsizlik, effektivlik və bizim şəraitdə rahat istifadə olunmadır".

 

Y.Qarayeva əlavə edib ki, hazırda COVID-lə mübarizədə bütün ümidlər vaksinasiyayadır: "Artıq bir ilə yaxındır ki, bu xəstəliklə birgə yaşayırıq. Fərqli ümidlər və fikirlər vardı. Havaların istilənməsi, bəzən düşünülürdü ki, bir dəfə yoluxdun artıq daha yoluxmayacaqsan - artıq bunlar hamısı özünü doğrultmadı. Çünki yayda xəstəlik kəskin şəkildə artdı. Azərbaycanda ikinci dəfə virusa yoluxanları və ya yoluxub heç bir immuniteti yaranmayan insanları gördük. Ona görə də biz belə düşünürük ki, vaksinasiya mütləqdir".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər