Avstriyada koronavirusa qarşı vaksinasiya kampaniyası sürətlənəcək
07.01.2021 15:49

Avstriyada müxalifət partiyalarının tənqidlərindən sonra, Federal Kansler Sebastian Kurts koronavirusa qarşı vaksinasiya kampaniyasının sürətləndiriləcəyini elan edib. Onun sözlərinə görə, Avropa İttifaqında ABŞ-ın “Moderna“ konserninin istehsalı olan peyvəndin tətbiqinə icazə verilməsi ölkəyə gətiriləcək peyvənd dozalarının sayını artırmağa imkan verir.

 

Hökumətin planına əsasən, yanvar ayında yalnız ahıllar evləri və məhdudiyyətləri olan şəxslər üçün nəzərdə tutulan mərkəzlərin sakinləri və tibbi heyəti peyvəndləmədə iştirak etməli idi. Yeni qərarda isə artıq yanvar ayı ərzində yaşı 80-dən yuxarı olan və öz fərdi mənzillərində yaşayan əhaliyə də peyvənd təklif olunacağı qeyd edilib. S. Kurts bildirib ki, yaşlı nəsil və riskli qrupların peyvəndlənməsi prosesi nə qədər tez başa çatarsa, xəstəxana və reanimasiya şöbələrinin pasiyentlərlə yüklənmə vəziyyəti bir o qədər tez müsbətə doğru dəyişə bilər. İnsan həyatını xilas etmək üçün peyvənd dozalarının anbarlarda saxlanmasının yolverilməz olduğunu bildirən hökumət başçısı gələn həftə ölkəyə gətiriləcək 60 min dozanın növbəti mərhələni gözləmədən tətbiq ediləcəyini diqqətə çatdırıb.

 

Avstriyanın Federal səhiyyə naziri Rudolf Anşober “Ö1“ radiosuna verdiyi açıqlamada bildirib ki, vaksinasiya kampaniyasının pilot mərhələsi artıq uğurla başa çatıb, ona görə də peyvənd edilməyə maraqlı olan insanların mümkün qədər qısa zamanda bu imkandan istifadəsi təmin ediləcək. Nazirin sözlərinə görə, “AstraZeneca“ şirkətinin istehsal etdiyi peyvəndin istifadəsinə tezliklə Avropa ölkələri üçün icazə veriləcəyi gözlənilir və bu, vaksinasiya prosesinə əlavə təkan verə bilər.

 

Avstriya hökuməti ölkədə vaksinasiya prosesinin yanvarın 12-də başlamağı nəzərdə tutsa da daha tez başlamasına baxmayaraq, müxalifət partiyaları Kurtsun kabinetini tənqid atəşinə tutmaqda davam edirlər. Onlar hökumətin yarıtmaz fəaliyyətinə görə parlamentin növbədənkənar iclasının çağırılmasını tələb edərək, hökuməti “peyvənd xaosu“ yaratmaqda və vaksinasiya kampaniyasını Federal Kanslerin fərdi uğuru kimi təqdim etməkdə günahlandırırlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər