Avropanın 22 ölkəsində koronavirusun mutasiyaya uğramış variantına rast gəlinib
07.01.2021 15:41

Avropanın 22 ölkəsində yeni növ koronavirusun mutasiyaya uğramış variantı olan SARS CoV-2 (VOC) aşkar olunub.

 

TASS xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə ofisinin direktoru Hans Kluqe mətbuat brifinqində bildirib.

 

“Bütün viruslar kimi, zamanla COVID-19 virusu da dəyişdi. SARS CoV-2 (VOC) variantının potensial təsiri barədə narahatlığı anlayıram. ÜST-ün Avropa regionu üzrə ofisi virusun yeni variantını 22 ölkədə aşkar edib”, - deyə o vurğulayıb.

 

Hans Kluqenin sözlərinə görə, bu virus daha sürətlə yayılsa da onun insan orqanizminə daha öldürücü təsiri qeydə alınmayıb.

 

O qeyd edib ki, bütün yaş kateqoriyalarında SARS CoV-2 (VOC) virusuna yoluxma qeydə alınıb, uşaqlar yoluxma zamanı risk altında deyil.

 

Yoluxmanın daha çox Böyük Britaniya və Danimarkada qeydə alındığı bildirilib.

 

ÜST-ün Avropa regionu üzrə ofisinin məlumatına görə, 2020-ci ildə regionun 53 ölkəsində 26 milyondan çox insan koronavirusa yoluxub, 580 mindən çox insan bu xəstəlikdən vəfat edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər