Yaponiyada bir aylıq fövqəladə vəziyyət elan edilib
07.01.2021 15:41

Yaponiyanın Böyük Tokio paytaxt regionunda koronavirusun sürətlə yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan olunub.

 

Aztibb.az-ın məlumatına görə, bunu ölkənin Baş naziri Yosihide Suqa deyib.

 

O, bildirib ki, fövqəladə vəziyyət bir ay davam edəcək və Tokio paytaxt regionuna daxil olan, 37,2 milyon əhalinin yaşadığı Tokio, Kanaqava, Saitama və Tiba prefekturalarını əhatə edəcək.

 

Fövqəladə vəziyyət rejimi yanvarın 8-dən fevralın 7-dək qüvvədə olacaq.

 

Qeyd edək, Yaponiyada pandemiya ilə bağlı vəziyyət noyabrdan etibarən daha da pisləşməyə başlayıb. Yanvarın 6-da isə ölkədə gündəlik yoluxma rekordu (6 001 nəfər) qeydə alınıb.

 

Bugünədək Yaponiyada koronavirusa yoluxanların sayı 260 min nəfəri, ölənlərin sayı 3,8 min nəfəri keçib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər