Dünyanın 7 ölkəsində pandemiya ilə bağlı son vəziyyət
07.01.2021 12:13

Böyük Britaniyada son 24 saat ərzində 1041 koronavirus xəstəsi həyatını itirib. Bu, aprel ayından bəri ən yüksək gündəlik göstəricidir.

 

Ötən gün 62 min 322 yeni yoluxma faktı qeydə alınıb.

 

Ölkədə artan koronavirus hadisələrinə nəzarət etmək üçün yanvarın 5-dən etibarən karantin rejimi daha da sərtləşdirilib. Krallıqdakı bütün ticarət mərkəzləri, mağazalar, restoranlar, idman obyektləri və məktəblər bağlanıb.

 

Braziliyada 7 milyon 810 min 400 COVID-19-a yoluxma faktı qeydə alınıb, 197 min 732 nəfər isə həyatını itirib.

 

24 saat ərzində ölkədə 56 min 648 koronavirusa yoluxma faktı və 1171 ölüm hadisəsi qeydə alınıb.

 

Braziliya dünyada COVID-19-dan ölənlərin sayına görə ABŞ-dan sonra ikinci (353,131 ölüm hadisəsi), yoluxanların sayına görə isə, Hindistandan sonra üçüncü (10,3 milyon yoluxma faktı) yerdədir.

 

Rusiyada son bir gündə daha 23 541 nəfərə COVID-19 diaqnozu qoyulub.

 

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 332 142 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 506 nəfər artaraq 60 457-yə yüksəlib.

 

Ukraynada son sutkada koronavirusdan 148 nəfər ölüb. Bununla da pandemiya dövründə Ukraynada koronavirusdan ölənlərin sayı 19 min 505 nəfərə çatıb.

 

Son sutkada Ukraynada 8 min 997 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib. Bunlardan 227-si uşaq, 385-i tibb işçisidir. Pandemiya başlayandan bəri ölkədə ümumilikdə 1 milyon 99 min 493 nəfər bu virusa yoluxub, 773 min 214 nəfər sağalıb.

 

Gürcüstanda ötən sutkada daha 1 612 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 419 nəfər sağalıb, 28 pasiyent isə vəfat edib.

 

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 235 491 nəfər yoluxub ki, onların da 223 695-i sağalıb, 2 694-ü isə ölüb.

 

Ölkə üzrə karantin rejimində 491, stasionar nəzarətdə 3 898 nəfər saxlanılır. 

 

İranda ötən sutka ərzində COVID-19 infeksiyasından 103 nəfər ölüb.

 

Bununla da İranda koronavirusdan ölənlərin sayı 55 993 nəfərə çatıb.

 

İranda ötən 24 saat ərzində 6 360 nəfər koronavirisa yoluxub. Beləliklə İranda koronavirusa yoluxanların sayı 1 268 263 nəfərə çatıb. Koronavirus daşıyıcılarından 4 745 nəfərin vəziyyəti ağırdır.

 

Ermənistanda daha 201 nəfərdə koronavirus aşkarlanıb.

 

Bununla da Ermənistanda virusa yoluxanların sayı 161 054 olub.

 

Ölkədə pandemiyadan ölənlərin sayı daha 11 nəfər artaraq 2 901-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 695-ə yüksəlib. İndiyədək 147 388 pasiyent infeksiyadan sağalıb.

ÇOX OXUNANLAR
Cəbrayılda “Göz sağlamlığı gələcəyimizdir” adlı tibbi aksiya keçirilib
ÜST-nin Azərbaycandakı Ofisində yeni vakansiya!
 Qobustanda 85 yaşlı pasiyent üzərində yüksək riskli cərrahi əməliyyat uğurla icra olunub   
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
Mərkəzi Klinika ASCVTS-in 34-cü illik konfransında təmsil olunub
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin 24 könüllüsü üçün ilkin tibbi yardım mövzusunda təlim keçirilib
Azərbaycan EMT Qrupu yoxlama aparmaq üçün Türkiyəyə gedib
 Naxçıvanda orta tibb işçiləri üçün vakansiya elan olunub   
Rəşad Şolan “Nefrologiya və böyrək transplantasiyasında klinik təcrübələr və gələcək perspektivlər” adlı elmi-praktiki konfransda çıxış edib
Səhiyyə Nazirliyinin nümayəndələri Özbəkistanda beynəlxalq forumda iştirak ediblər  
 Görkəmli alim Ağabəy Sultanovun 90 illiyi qeyd olunub   
  Şahbuzda tibbi aksiya: 63 sakin müayinə olunub  
Uzman uşaq cərrahı Vüsal Cəfərov AZTV-nin “TeleSəhər” proqramına müsahibə verib
İcra başçısı Cəlilabad RMX-da müalicə alan şəhid anasını ziyarət edib