Bu il Həcc və Ümrə ziyarətinə gedəcək zəvvarlara koronavirus vaksini vurdurmaq tövsiyə edilib
07.01.2021 16:21

2021-ci ildə Həcc və Ümrə ziyarətinə gedəcək zəvvarlara səfərə çıxmazdan əvvəl öz ölkələrində COVID-19 vaksini vurdurmaq tövsiyə edilib. 

 

Bunu “Al Arabiya” telekanalına müsahibəsində Səudiyyə Ərəbistanının Həcc və Ümrə üzrə naziri Məhəmməd Benten bildirib.

 

Səudiyyəli nazir əlavə edib ki, artıq krallıqda 100 min nəfərə yeni növ koronavirus əleyhinə vaksin vurulub və hökumət bütün vətəndaşların, habelə müvəqqəti yaşayan əcnəbilərin bu prosesə cəlb edilməsini təmin edəcək. O əlavə edib ki, bu il təşkil ediləcək ziyarətlər zamanı qoruyucu maskalardan istifadə edilməsinə də xüsusi diqqət yetiriləcək.

 

Yeni qaydalara görə, bu il zəvvarların yaş həddi də müəyyən edilib. Ziyarətə gələnlər 18-50 yaşarası olmalıdır. Məkkədəki Böyük Məsciddə hər gün dezinfeksiya işləri aparılması məqsədilə 54 min litr dezinfektant maddə sərf olunur.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər