Bu ayın sonuna qədər Azərbaycana 4 milyon doza vaksinin gətirilməsi gözlənilir - Komitə sədri
07.01.2021 12:07

Düşünürəm ki, koronavirusla mübarizə artıq özünün sonuncu mərhələsinə qədəm qoyub. Aztibb.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

 

M.Quliyev bildirib ki, vaksinasiya prosesi dünyanın qabaqcıl ölkələrində artıq başlayıb: “Azərbaycan da bu proseslərdə öndə gedən ölkələrdən biridir, vaksinlərin alınıb gətirilməsi ilə bağlı bütün danışıqlar müsbət nəticələnib və mənim bildiyimə görə, yanvar ayının sonlarına doğru Azərbaycana 4 milyon doza vaksin gətiriləcək və bütövlükdə vaksinasiya dövrü fevral ayından gec olmayaraq başlayacaq.

 

Hesab edirəm ki, bütün dünyada olduğu kimi, ilk növbədə risk qrupuna daxil olan insanlar vaksinasiya olunmağa başlayacaq və vaksinlar əhaliyə dövlət hesabına vurulacaq. Vaksinasiya üçün hazırlıq işləri görülüb, personalın bu istiqamətdə məlumatlandırılması barədə işlər görülür. Düşünürəm ki, Azərbaycanda vaksinasiya qısa müddət ərzində tam keyfiyyətlə aparılacaq və biz koronavirusa tarixi keçmiş kimi baxacağıq”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər