TƏBİB koronavirusa qarşı vaksinasiyaya hazırlıq təlimlərinə başlayıb (FOTO)
07.01.2021 09:58

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən “Yeni klinika” tibb müəssisəsinin nəzdində olan təlim mərkəzində “COVID-19 – vaksinasiya prosesinin təşkili və əlavə təsirlərinin idarə edilməsi” adlı təlimlərə start verilib.

 

Aztibb.az-ın məlumatına görə, təlimlər zamanı vaksinin daşınması, saxlanması və istifadəsi qaydaları, vaksinlərin inyeksiyası zamanı ola biləcək əlavə təsirlərin növləri, allergik reaksiyalar baş verdikdə tibbi yardımın təşkili kimi mühim təlimatlar ÜST və UNİCEF-in təlimatları əsasında məruzə, prezentasiya və maket üzərində praktik məşğələlər şəklində vaksinasiya prosesinin yerlərdə həyata keçirilməsi üçün seçilmiş səyyar briqadaların üzvlərinə çatdırılıb.

 

Eyni zamanda təlimlər zamanı ilk dəfə olaraq həkim, tibb bacısı və sürücüdən ibarət tibbi briqadanın komanda şəklində işləmə bacarıqları, koordinasiya olunmuş tərzdə sinxron tibbi yardım, müxtəlif situasion hallar zamanı rasional yanaşma taktikaları iştirakçılara təqdim edilmişdir. TƏBİB-in Elmi-tədqiqat və təhsil departamentinin yüksək ixtisaslı əməkdaşları tərəfindən həyata keçiriləcək təlimlərdə hər həftə 40 nəfərlik həkim briqadasının iştirak etməsi planlaşdırılır.

 

Məlumat üçün bildirək ki, iştirakçıların prezentasiya əsasında keçirilən təlimlərlərdən ibarət video-təqdimatlar hazırlanaraq TƏBİB-in tabeliyində olan bütün müəssisələrə göndəriləcəkdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər