İspaniyada artıq iki həftədir koronavirusun yeni ştammı yayılır
07.01.2021 09:55

İngiltərədə aşkar edilən koronavirusun yeni ştammı artıq iki həftədir İspaniyada bu ölkə ilə epidemioloji əlaqəsi olmayan insanlar arasında yayılır.

 

Aztibb.az xəbər verir ki, Böyük Britaniyaya səfər etməyən iki pasiyentdə eyni mutasiyaları aşkar etmiş Fisabio Valensiya İctimai Səhiyyə Fondunun keçirdiyi ilkin genetik analizlər bunu təsdiqləyir. Andalusiya yeni ştammın artıq aşkar edildiyi İspaniyanın daha bir cəmiyyətlərindən biridir.

 

İspaniya Epidemiologiya Cəmiyyətinin prezidenti Pere Qodoyun sözlərinə görə, koronavirusun yeni ştammının davranışını proqnozlaşdırmaq mümkün deyil. Bu mümkün mutasiyalar, vaksinasiyanın miqyasının genişləndirilməsi, yoluxanların sayı, yerli dinamika kimi bir çox amillərdən asılı olan bir prosesdir.

 

Ekspertlər hesab edirlər ki, İspaniyada yeni ştammın yayılması İspaniya və Böyük Britaniya arasında insanların fəal hərəkət etməsini nəzərə alaraq gözlənilən idi.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər