“Britaniya ştammı” ölkəmizdə də qeydə alınacaq - Həkim-reanimatoloq
06.01.2021 22:57

“Həyata keçirilən bütün tədbirlərə rəğmən, düşünürəm ki, “Britaniya ştammı” bizim ölkəmizdə də qeydə alınacaq. Azərbaycan hər an hazır olmalıdır, çox güman ki, üçüncü dalğadan da yayına bilməyəcəyik”.

 

Aztibb.az xəbər verir ki, bunu həkim-reanimatoloq Polina Əliyeva deyib.

 

Onun sözlərinə görə, sərhədlərin bağlanması da daxil olmaqla, bütün məlum epidemioloji tədbirlərə rəğmən, virusun hərəkəti dayandırıla bilməz.

 

“Üstəlik, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, yeni növ virus daha yüksək yayılma sürətinə malikdir”, - deyə P. Əliyeva söyləyib.

 

Həkim-reanimatoloq əlavə edib ki, bütün bunlara baxmayaraq, ÜST-ə görə virusun virulentliyindən danışmaq hələ çətindir, yeni xəstəlik hələlik virusun digər variantlarından daha təhlükəli deyil.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub