Özbaşına müalicə olunaraq vəziyyəti ağırlaşan və hətta ölən xəstələr var - Həkim
06.01.2021 18:07

Son günlərdə özbaşına müalicə olunaraq vəziyyəti ağırlaşan və hətta ölən COVID-19 xəstələrinin olduğunu müşahidə edirik. Qəti surətdə ağızdan-ağıza eşitdiyiniz, qonşuların, qohumların məsləhətləri ilə müalicələr etməyin.

 

Aztibb.az-ın məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin həkimi Aydın Vəliyev deyib.

 

Onun sözlərinə görə, heç bir şikayəti - xəstəlik əlamətləri olmayan şəxslər profilaktika üçün heç bir dərman, sistem qəbul etməməlidir. Çünki bunların xeyri yox, ziyanı ola bilər:

 

"Əgər sizdə COVID-19-un əlamətləri başlayıbsa, panikaya qapılıb antibiotik, sistem, deksametazon qəbul etməyin! İlk günlərdə bunların xeyri yox, ziyanı olur. İlk 1 həftədə şəkərli diabeti və digər damar xəstəlikləri olmayanlar, qızdırması 38-dən aşağı olanlar, mədə və 12 barmaq bağırsaq xorası olmayanlar, gündə 1 dəfə 100 mq aspirin - yeməkdən sonra, vitamin C (gündəlik 1000 mq-a qədər), D vitamini (gündəlik 3500 tv), sink, selen, maqnezium qəbul etməlidir. Qızdırması 38 dərəcədən yuxarı qalxan xəstələr əlavə olaraq 500 mq parasetamol və ya parasetamol tərkibli qripxot, coldrex və s. qəbul edə bilər. Saturasiyası 90-dan aşağı düşən şəxslər təcili yardıma zəng edib stasionar müalicə tələb etməlidirlər. Saturasiya 90-dan aşağı düşərsə, mütləq kompüter tomoqrafiya müayinəsi edilməlidir. Professional, COVID-19 xəstəliyinin müalicəsi ilə məşğul olan həkimin məsləhəti olmadan antibiotik, deksametazon qəbul etməyin! Bunlarla yanaşı, 3 məşhur qaydaya-maska, məsafə və əl gigiyenasına ciddi riayət edin!".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər