Çinin Hebey vilayətində COVID-19-la əlaqədar "müharibə rejimi" elan olunub
06.01.2021 10:48

Çinin paytaxtının ətrafında yerləşən Hebey vilayətində son günlər COVID-19 infeksiyasına yoluxma hallarının çoxalması səbəbindən "müharibə rejimi" elan olunub.

 

Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin, Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin mütəxəssisləri təcili vilayətin paytaxtı olan Şıciacuan şəhərinə ezam olunublar. Qərara alınıb ki, 10 milyon əhalisi olan şəhərin bütün sakinləri koronavirus testindən keçsinlər. Bundan başqa, uşaq bağçaları və məktəblərdə dərslər təxirə salınıb, ali məktəblərdə isə vaxtından əvvəl qış tətili elan olunub. Şıciacuanın digər yaşayış məntəqələri ilə bütün növ nəqliyyat əlaqəsi dayandırılıb, şəhərin Qaoçen rayonu ən yüksək səviyyədə riskli zona elan edilib ki, bu hazırda Çində yeganə ən yüksək səviyyədə riskli zonadır. Şıciacuandan keçən avtomagistrallarda hərəkət də dayandırılıb.

 

Vilayətin paytaxtı ilə yanaşı, yoluxma aşkarlanan Sintay və Nandon şəhərlərində də sərt karantin tədbirləri tətbiq olunur. Yoluxanlarla yaxın təmasda olan şəxslər təcrid edilib və hazırda tibb nəzarət altındadırlar.

 

Qeyd edək ki, son 4 gündə Hebey vilayətində 39 təsdiqlənmiş yoluxma və 78 asimptomik hal aşkarlanıb. Hebey sakinlərinin paytaxta sıx gediş-gəlişinin olması virusun Pekinə də ayaq açmaq ehtimalını çoxaldır. Elə bu səbəbdən səlahiyyətli qurumlar təcili və fövqəladə addımlar atmağa başlayıblar. Ötən sutka Pekində bir yoluxma aşkarlansa da, hələlik bu yoluxmanın Hebeylə əlaqəli olduğu təsdiqlənməyib. İlkin epidemioloji araşdırmalara əsasən, Hebey vilayətindəki yoluxma zənciri xaricdən, daha dəqiqi Avropadan gələn virus ştammından başlayıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub