Məşhur sumo ustası koronavirusa yoluxub
05.01.2021 17:01

Yaponiyada məşhur sumo ustası, böyük çempion Yokozuna Hakuho koronavirus testinə müsbət reaksiya verib.

 

Bu barədə Yaponiya Sumo Assosiasiyası məlumat yayıb. Bildirilir ki, Hakuho həftənin bazar ertəsi iybilmə qabiliyyətində problem hiss edib və yoxlamadan keçib.

 

Yanvarın 5-də, sumo üzrə Yeni il turnirinin başlamasına beş gün qalmış onun koronavirusa yoluxduğu öz təsdiqini tapıb. Hazırda yokozuna ilə birlikdə təlimlərə qatılmış bütün idmançıların test verəcəyi bildirilir. Bundan sonra həmin idmançılar səhiyyə orqanlarının tələblərinə uyğun olaraq hərəkət edəcəklər.

 

Xatırladaq ki, Monqolustan mənşəli Hakuho sonuncu dəfə ötən ilin martında rekord sayda – 44-cü turnirdə qalib gəlib. Dizində olan problemlə əlaqədar əməliyyat keçirən Hakuho son üç turnirə qatıla bilməyib.

 

Noyabrda Yokozunalar Şurası Hakuhoya turnirlərə qatılmadığına görə xəbərdarlıq edib. Bu, həmin idmançıya təqaüdə çıxması ilə əlaqədar edilən ikinci ciddi xəbərdarlıqdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər