Rusiya ilə Almaniya birgə peyvənd istehsal edə bilər
05.01.2021 16:26

Rusiya Prezidenti Vladimir Putin və Almaniya Kansleri Angela Merkel arasında telefon danışığı baş tutub.

 

Bu barədə Kremlin Mətbuat xidməti açıqlama yayıb. Telefon danışığı zamanı ölkə liderləri bir-birilərini Milad və Yeni il münasibətilə təbrik edib və bir sıra aktual məsələləri müzakirə ediblər.

 

“Koronavirus pandemiyasına qarşı mübarizə məsələləri və peyvəndlərin birgə istehsalının mümkün perspektivləri barədə müzakirə aparılıb. Bu mövzuda iki ölkənin səhiyyə nazirlikləri və digər ixtisaslaşmış strukturları arasında əlaqələrin davam etdirilməsi barədə razılığa gəlinib”,- deyə açıqlamada qeyd olunub.

 

Bununla yanaşı telefon danışığı zamanı Minsk Tədbirlər Paketinin həyata keçirilməsi və Normandiya sammitləri zamanı əldə edilmiş razılaşmalar kontekstində Ukraynanın daxili nizamlanmasına dair bəzi məqamlara da toxunulub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər