Brayl əlifbası milyonlarla insana COVID-19 haqqında etibarlı informasiyalar əldə etməyə imkan yaradır
05.01.2021 11:34

Bütün dünyada təxminən 2,2 milyard insanın görmə problemi var. Brayl əlifbası hərfi mənada onlar üçün “dünyaya bir pəncərə” açır, pandemiya zamanı isə həyatlarını xilas edə bilər.

 

Aztibb.az xəbər verir ki, bu barədə yanvarın 4-də qeyd olunan Ümumdünya Brayl Əlifbası Günü münasibətilə BMT xatırladır.

 

Altı nöqtədən ibarət relyefli toxunma birləşmələri bütün hərfləri və rəqəmləri, hətta musiqi, riyazi və elmi simvolları çatdırmağa imkan verir. Gözdən əlilliyi olanlar və zəif görənlər üzərlərinə bir barmağını çəkərək vizual şriftlə çap olunan həmin kitabları və dövri nəşrləri oxuya bilərlər. Brayl şrifti onlara məlumat almağa və ötürməyə imkan verir və beləliklə də onların iş qabiliyyətini, müstəqilliyini və cəmiyyətdəki bərabər mövqeyini təmin edir. Çap makinasına bənzər xüsusi cihaz vasitəsilə və ya xüsusi çap olunmuş vərəqləri deşməklə yazı üçün Brayl əlifbasından istifadə etmək olar.

 

COVID-19 pandemiyası zamanı etibarlı məlumatlara çıxış hər zamankından daha vacibdir. Gözdən əlilliyi olan və zəif görən insanlar üçün Brayl əlifbası səs tətbiqləri ilə yanaşı - sağlamlığını qorumağa və koronavirusun yayılmasının qarşısını almağa imkan verən əvəzolunmaz məlumat əldə etmə vasitəsidir. BMT-nin Uşaq Fondu (UNICEF), görmə qabiliyyətini itirənlər də daxil olmaqla əlilliyi olan həm uşaqları, həm də böyükləri COVID-19-dan qorunması ilə bağlı tövsiyələr hazırlayıb.

 

BMT-nin Əlilliyi olan insanların hüquqları haqqında Konvensiyasında Brayl əlifbasının universal sistem kimi təhsil, fikir və əqidə ifadə etmə və informasiyaya çıxış azadlığı hüququnun həyata keçirilməsi, gözdən əlilliyi olan və zəif görən insanların sosial inteqrasiyası sahəsində kritik mühüm rol oynadığı barədə deyilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər