Dünyada ilk: kütləvi süni tənəffüs sistemi yaradılıb
05.01.2021 13:55

Macarıstanda tibb elmləri doktoru Mikloş Kozlovskinin rəhbərliyi ilə könüllü alimlər komandası paytaxtdakı Obuda Universitetinin dəstəyi ilə dünyada ilk modul tipli kütləvi süni tənəffüs sistemi yaradıb.

 

Aztibb.az xəbər verir ki, yeni sistem koronavirusla mübarizə aparan 50-yə qədər pasiyentə eyni vaxtda xidmət etmək üçün nəzərdə tutulub. Qrupun rəhbəri jurnalistlər üçün brifinqdə bildirib ki, alimlər bu sistemin klinik tətbiqindən əvvəlki mərhələdə test yoxlamalarına başlayırlar. Bundan sonra xəstələrin iştirakı ilə klinik sınaq keçirilə bilər. Yeniliyin müəllifləri daha sonra bildiriblər ki, koronavirus pandemiyası dövründə dəyişən şərait yeni problemlər yaradır, buna görə də hazırda həmin qrup mobil konteynerə qoşula biləcək prototip üzərində işləyir. Bu halda mobil konteyner kimi avtobus, vaqon və hətta katerdən istifadə edilə bilər.

 

Mikloş Kozlovski deyib: “Tədqiqat prosesində son aylarda biz kütləvi ventilyasiya konsepsiyasının hər cəhətdən funksionallığını sübut etmək üçün bir sıra prototiplər yaratmalı olduq. Lakin bu sistem test mühitindən əlavə canlı orqanizmlər üzərində də yoxlanmalıdır. Buna görə də hələlik heyvanlar üzərində test yoxlamalarına hazırlıq gedir”.

 

Tədqiqat qrupunun üzvləri cari vəziyyəti belə təsvir ediblər: heyvanlar üzərində sınaqlar zamanı uzunmüddətli süni ventilyasiyadan sonra ağciyər toxumalarında mikroskopik zədələnmələrin yaranıb-yaranmaması öyrənilib. Belə tədqiqatları insanlar üzərində aparmaq olmaz. Buna görə də əvvəlcə heyvanlar üzərində sınaqlar keçiriləcək və əgər həmin sınaqlar uğurlu olsa, insanlar üzərində sınaqlar başlanacaq.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat 
Kardiologiya ixtisası - milli səhiyyə təhlükəsziliyinin strateji istiqaməti
 Göz sağlamlığı üçün ümidverici nəticə: Vitamin B3 qlaukoma riskini azalda bilər
Həddindən artıq isti hava beyin üçün təhlükə yaradır