"Vaksinləşmə prosesinə başlanılsa, pandemiyanın qarşısını almaq mümkün olacaq"
05.01.2021 13:28
Vaksinləşməyə nə qədər tez başlanılarsa, müsbət nəticələr də bir o qədər tez əldə ediləcək. İnsanlar mütləq şəkildə peyvənd almalıdırlar.
 
Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu Dr.Nərmin Muradova ARB24 TV-nin "İş vaxtı" verilişində vaksinasiyanın əhəmiyyətindən danışarkən belə deyib. 
 
2021-ci ilin ilk aylarında ölkəmizdə vaksinləşmə prosesinə start veriləcəyini söyləyən həkim, vaksinlərin ilkin olaraq səhiyyə işçiləri və 65 yaşdan yuxarı insanlara təklif ediləcəyini deyib. Yoluxmaların azalmasının və xəstəliyin aradan qaldırılmasının yeganə yolu kütləvi vaksinləşmədir.
 
"Peyvənd olunmuş insanlarda yüngül qızdırma, baş ağrısı, kürək ağrısı kimi halların yaranması mümkündür. Ancaq buna görə narahat olmağa, yaxud panikaya düşməyə ehtiyac yoxdur. Vaksinləşmə prosesi vaxtında həyata keçirilərsə, pandemiyanın qarşısını almaq mümkün olacaq" - deyə, o, əlavə edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər