Azərbaycan alimləri COVID-19-un yayılmasını izləmək üçün model təklif ediblər
05.01.2021 11:08

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, AMEA-nın müxbir üzvü, institutun şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyev və şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifovun həmmüəllifi olduqları “COVID-19 pandemiyasının yayılmasının izlənilməsi üçün qraf modelləşdirmə” (“Graph modelling for tracking the COVID-19 pandemic spread”) adlı məqalə “Infectious Disease Modelling” jurnalında dərc olunub. Jurnal “Web of Science”, “Scopus” elmi bazalarında indeksləşir və Q1 sinfinə daxildir.

 

Məqalədə qeyd edilir ki, modelləşdirmə yoluxucu xəstəliklərin təsirinin azaldılmasının ən yaxşı strategiyalarının müəyyənləşdirilməsi üçün geniş istifadə olunur. Hazırda COVID-19 infeksiyasının yayılması kimi kompleks sistemin modelləşdirilməsi aktual mövzulardandır. Tədqiqatın məqsədi COVID-19 infeksiyasının yayılmasının qrafik modelləşdirilməsidir. Məqalədə xəstəliyin əsas xüsusiyyətləri və onun yayılmasına təsir edən amillər analiz edilir. Xəstəliyə yoluxmuş insanla təmas zamanı sosial məsafəni və onun yerləşdiyi məkana görə demoqrafik xüsusiyyətləri nəzərə almaqla, COVID-19 epidemiyasının konseptual modeli təklif olunur. Eksperimental tədqiqatda COVID-19 infeksiyasının epidemoloji xarakteristikaları nəzərə alınaraq virusun yayılma ssenarisi üzrə ilk yoluxma halı qeyd olunduğu andan virusun insandan insana ötürülməsi prosesinin qraf modeli qurulmuş və vizuallaşdırılmışdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər