Britaniya, İtaliya, Braziliya və Türkiyədə yoluxma statistikası 
05.01.2021 10:40

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVID-19) rekord sayda - 58 784 yoluxma halı qeydə alınıb.

 

Aztibb.az-ın məlumatına görə, bu ölkədə koronavirusa yoluxanların ümumi sayı 2 713 563 nəfərə çatıb.

 

Bildirilir ki, ötən sutka koronavirusdan daha 407 nəfər ölüb, ölənlərin sayı 75 431 nəfər təşkil edir.

 

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 20 006 nəfər yoluxub.

 

Bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

 

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 7 753 752 nəfərə çatıb.

 

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 543 nəfər ölüb, ölənlərin ümumi sayı 196 561 nəfər təşkil edir.

 

İtaliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 10 800 yoluxma halı qeydə alınıb.

 

Ölkədə koronavirusa yoluxanların ümumi sayı 2,166 milyon nəfərə çatıb.

 

Ötən sutka koronavirusdan 348 nəfər ölüb, ölənlərin ümumi sayı 75 680 nəfər təşkil edir.

 

Türkiyədə son 24 saat ərzində COVID-19-dan daha 197 nəfər dünyasını dəyişib.

 

Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

 

Qeyd edib ki, koronavirusdan ölənlərin ümumi sayı 21 685 nəfərə çatıb.

 
Onun sözlərinə görə, ölkədə 13 695 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 255 607 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 9 896 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 146 430 nəfər təşkil edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər