Koronavirusun yeni ştammına Avstriyada da rast gəlinib
04.01.2021 22:00

Ötən il Milad bayramından bir neçə gün öncə barəsində ilk dəfə xəbərlərin yayıldığı koronavirusun mutasiyaya uğramış ştammına Avstriyada da rast gəlinib.

 

Aztibb.az xəbər verir ki, Avstriyanın Federal səhiyyə naziri Rudolf Anşober və Avstriya Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Frants Allerberqer birgə mətbuat konfransında bu xəbəri təsdiqləyiblər. Qeyd edilib ki, Avstriyada artıq dörd pasiyentdə koronavirusun Böyük Britaniyada aşkarlanan yeni forması müəyyən edilib.

 

Nazirin sözlərinə görə, indiyədək 32 ölkədə təsdiqlənən yeni ştammı müəyyən etmək üçün Avstriyada 1800-dən artıq test nümunələrinin təkrar yoxlanışı həyata keçirilib və yeni ştamm Vyana beynəlxalq hava limanındakı tibbi mərkəzdə götürülmüş testlər arasında aşkarlanıb. Test nümunələrinin təkrar yoxlanışı zamanı isə digər bir pasiyentdə koronavirusun Cənubi Afrika Respublikasında yayılan formasına da rast gəlinib.

 

Mətbuat konfransında bildirilib ki, mütəxəssislər hazırda təqdim olunan peyvənd maddələrinin virusun hər iki formasına qarşı təsirli olması qənaətindədirlər. Eyni zamanda, Böyük Britaniyada aşkar edilən varianta (B.1.1.7) yoluxanlarda xəstəliyin daha ağır formada keçməsi də təsdiqlənməyib. Lakin bununla belə gələcəkdə peyvəndlərin təsir göstərə bilməyəcəyi yeni formaların da meydana gələ biləcəyi istisna deyil. Həmçinin yeni mutasiya ştammının ilkin variantla müqayisədə daha sürətlə yayılması faktı da müəyyən edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər