Yaponiya fövqəladə vəziyyət rejiminin tətbiqini araşdırır
04.01.2021 11:54

Yaponiya hökuməti son vaxtlar koronavirus pandemiyasına yoluxanların sayı kəskin artdığına görə ölkədə fövqəladə vəziyyət rejiminin ikinci dəfə tətbiqini araşdırır.

 

Bu barədə Baş Nazir Yoşihide Suqa yanvarın 4-də keçirilən mətbuat konfransında bəyan edib.

 

Baş Nazir, həmçinin bildirib ki, hökumət fevralın 20-dən əhalinin peyvəndlənməsi prosesinə başlamağı da planlaşdırır.

 

Kyodo agentliyinin yaydığı məlumata görə, hökumət artıq peyvəndləmə ilə bağlı hazırlıq işlərinə başlayıb.

 

Xatırladaq ki, yanvarın 2-də paytaxt Tokio daxil olmaqla Yaponiyanın dörd prefekturası hökumətə COVID-19 virusunun yayılmasının qarşısını almaq üçün fövqəladə vəziyyət rejiminin tətbiqi xahişi ilə müraciət edib.

 

Dekabrın 31-də isə Yaponiyanın İqtisadi Bərpa naziri Yasutoşi Nişimura Nazirlər Kabinetinin koronavirusa yoluxanların artımını nəzarətə almaq üçün fövqəladə vəziyyət rejimi tətbiq ediləcəyinin mümkünlüyünü bildirib.

 

Yaponiyada pandemiya ilə bağlı vəziyyət noyabrdan gərginləşməyə başlayıb. Dekabrda isə sutkalıq yoluxmada və həyatını itirənlərin sayında müntəzəm artım qeydə alınıb.

 

“Worldometer” portalının yaydığı məlumata görə, yanvarın 4-də Yaponiyada koronavirusa yoluxanların sayı 240 min 900 nəfərə çatıb. Pandemiyanın əvvəlindən bu ölkədə koronavirusun əmələ gətirdiyi xəstəliyə görə 3548 nəfər həyatını itirib, 198 min 400 nəfər isə sağalıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər