Müxtəlif ölkələrdə pandemiya ilə bağlı son statistika
04.01.2021 10:53

Fransada son sutkada COVID-19 pandemiyasından 156 ölüm faktı qeydə alınıb.

 

Xəstəxanalarda 24 min 491 koronavirus xəstəsi müalicə alır. Reanimasiya şöbələrində 2641 ağır vəziyyətdə xəstə olduğu bildirilir.

 

Braziliyada son sutka ərzində daha 17 341 nəfərin koronavirus infeksiyasına yoluxması, 293 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

 

İndiyədək Braziliyada koronavirusa ümumilikdə 7 733 746 nəfər yoluxub. Bu müddət ərzində 196 018 koronaviruslu xəstə dünyasını dəyişib.

 

İranda COVID-19 infeksiyasının yayılmasında azalma davam edir. Son sutka ərzində ölkə ərazisində 5 min 960 nəfər virusa yoluxub, 102 nəfər isə ölüb.

 

Bununla da İranda virusa yoluxanların ümumi sayı 1 milyon 243 min 434-ə, ölənlərin sayı isə 55 min 540-a çatıb.

 

Xüsusi xəstəxanalarda müalicə alan 4 min 953 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda, 1 milyon 13 min 18 xəstə isə sağalaraq evə buraxılıb.

 

Pakistanda ötən gün ərzində COVID-19 virusuna 2272 nəfər yoluxub, ümumilikdə yoluxanların sayı 486 min 634 nəfərə çatıb.

 

Son sutkada COVID-19-dan 53 xəstə dünyasını dəyişib, ölənlərin sayı 10 min 311 nəfər olub.

 

Müalicə müəssisələrində 35 min 663 xəstənin olduğu bildirilir, onların 1784-nün vəziyyəti ağırdır.

 

Gürcüstanda son sutka ərzində COVID-19-a 594  yoluxma halı qeydə alınıb, 25 nəfər dünyasını dəyişib.

 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  229 763, ölənlərin sayı isə 2 628 nəfərə çatıb.

 

Ermənistanda 24 saat ərzində koronavirusa 193 nəfər yoluxub.

 

Bununla ölkədə COVID-19-a yoluxanların sayı 160 220 nəfərə çatıb.

 

Son sutkada ölkədə xəstəlikdən 14 nəfər ölüb. İndiyədək koronavirusdan ölənlərin sayı 2864 nəfərdir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub