Virusla mübarizədə maskaların rolu - Alimlər açıqladı
04.01.2021 10:28

Qoruyucu maskalar koronavirus pandemiyasını dayandıra bilməz.

 

Aztibb.az  xəbər verir ki, bunu Edinburq Universitetinin virusoloqu Paul Diqard "The Daily Mail"ə deyib. O, bildirib ki, infeksiyanın havadan damcı yolu ilə keçir:

 

"Bir insan öskürür və ya asqırırsa, damlacıqlardakı virus havaya yayılır. Virus hissəcikləri çox kiçikdir və asanlıqla parçanı aşır, ancaq virus böyük su damcılarında olarsa, artıq maneəni aşa bilməz".

 

London Gigiyena və Tropik Tibb Məktəbinin professoru Cimmi Uitvort maskaların düzgün istifadə edildiyi zaman təsirli olduğunu, yəni bir insanın ağzının və burnunun örtülməsinin lazım olduğunu diqqətə çatdırıb:

 

"Bəzi insanlar qoruyucu vasitələri səhv taxırlarsa, onların effektivliyini müəyyənləşdirmək çətin olacaq".

 

"Maskaların hansı təsirinin olduğunu dəqiq bilmirik. Ancaq sağlam düşüncə onu göstərir ki, taxmağa dəyər", - professor əlavə edib.

 

Xatırladaq ki, amerikalı tədqiqatçılar pandemiyada ən təsirli maskaların hansı olduğunu aşkar edib. Araşdırmaya görə, virusa qarşı ən böyük qoruma N95 maskaları tərəfindən təmin edilir, ardından cərrahi maskalar və üst tərəfdə əlavə qorumalı və rezin bantlarla sabitlənmiş maskalar gəlir. Pambıq bandanalar, polyester maskalar 50 faiz və ya daha az qoruyur. Ən aşağı nəticələr toxunmamış polipropilen və üçqat pambıqdan hazırlanan maskalara məxsusdur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub