Bir sıra ölkələrdə pandemiya ilə bağlı SON VƏZİYYƏT
03.01.2021 10:07

ABŞ-da pandemiya başlayandan bugunədək 350 min 186 nəfər COVID-19-dan ölüb.

 

Ölkədə virusa 20 427 780 yoluxma aşkarlanıb. Bu infeksiyaya yoluxmuş 12 milyondan çox insan sağalıb.

 

Birləşmiş Ştatarda son gündə 160 606 nəfər koronavirusa yoluxub, 2 051 koronavirus xəstəsi dünyasını dəyişib.

 

ABŞ-da “Moderna” və “Pfizer”/”BioNTech” şirkətlərinin peyvəndlərindən istifadə edilir.

 

Fransada ötən gün koronavirus infeksiyasına 3 446 yeni yoluxma faktı qeydə alınıb.

 

Son 24 saat ərzində COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 157 nəfər vəfat edib.

 

İndiyədək Fransada ümumilikdə 2 643 239 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 64 921 nəfər ölüb.

 

Böyük Britaniyada gün ərzində aşkar edilən koronavirusa yoluxma hallarının sayı 57,7 min nəfər təşkil edib ki, bu da pandemiyanın başlanğıcından bəri rekord göstəricidir.

 

Ardıcıl beş gündür ölkədə aşkarlanan yoluxmaların sayı 50 mindən çoxdur.

 

Son sutkada Britaniyada infeksiyasının yaratdığı xəstəlikdən ölənlərin sayı 445 nəfər olub.

 

Türkiyədə son sutka ərzində COVID-19-dan 202 nəfər ölüb. 

 

Ölkədə ötən gün imptomları müəyyən edilməyənlərlə birlikdə  11 180 nəfər  COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.

Sağalan xəstə sayı 11 672, ağır xəstə sayı isə 3 764 nəfər olub. 

 

Son 24 saatda Pakistanda 2 min 184 nəfər COVID-19-a yoluxub və ümumilikdə, yoluxma sayı 484 min 362 nəfərə çatıb.

 

Son gündə koronavirusdan 82 nəfər vəfat edib və ümumilikdə, ölənlərin sayı 10 min 258 nəfər olub. Xəstəxanalarda 35 min 130 nəfər müalicə olunur, onların 2 min 264-nün vəziyyəti ağırdır. İndiyədək ölkədə 438 min 974 xəstə müalicə olunaraq sağalıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər