Daha bir ölkədə karantin məhdudiyyətləri sərtləşdirildi
03.01.2021 00:37

Taylandın paytaxtı Bankokda yeni növ koronavirus infeksiyanın yayılmasına qarşı mübarizə tədbirlərinin sərtləşdirilməsi ilə bağlı qərar qəbul edilib.

 

Aztibb.az xəbər verir ki, qərara əsasən çox sayda insanın toplanacağı hesab edilən 25 növ müxtəlif müəssisənin işləməsi qadağan olunub.

 

Qeyd edilib ki, bu gündən etibarən su parkları, oyun meydançaları, internet kafelər, xoruz döyüş arenaları, uşaq bağçaları, döyüş sənəti məktəbləri, hamamlar, idman meydançaları və mərkəzləri, masaj salonları, kafe, bar və bir sıra digər yerlərin fəaliyyəti dayandırılır.

 

Bütün digər yerlərdə epidemiya əleyhinə və sanitar - gigiyenik tədbirlər həyata keçirilməlidir.

 

Qeyd edək ki, Taylandda 7 379 nəfərin koronavirusa yoluxması təsdiq edilib. Onlardan 4,3 min xəstə sağalıb, 64 pasiyent həyatını itirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər