Kifoz necə müayinə edilir? - NÖVLƏRİ / FƏSADLARI
03.01.2021 00:01

Kifoz onurğanın gözlə görülə bilinəcəq qədər önə doğru əyilməsidir. Onurğanın önə doğru əyilməsi qozbellik şəklində özünü biruzə verir. Buna görə də el arasında kifoz xəstələrinə qozbel deyilir.

 

Xəstəlik zamanı onurğanın üst hissəsi xaricə doğru əyilir,alt hissəsi isə içəriyə doğru əyilir.Əksər hallarda xəstəliyə diaqnozun qoyulması çətinlik törətmir.

 

Kifozun digər ümumi simptomlara aşağıdakılar daxildir:

 

Çiyinlərin hündürlüyündə nəzərə çarpan fərq

 

Bədənin qalan hissəsinə nisbətən başın önə doğru əyilməsi

 

Xəstə irəli əyilərkən yan tərəfdən baxıldıqda döş fəqərələrində olan qabarıqlıq (yuvarlaq görüntü)

 

Onurğa sütunu ətrafı əzələ ağrısı

 

Ayaqlarda sinir sıxılması səbəbilə yaranan uyuşmalar

 

Bədən tarazlığını saxlamaqda yaranan problemlər

 

Yorğunluq (xüsusilə aşağı ətraf əzələlərində anormal duruşu təmin etmək üçün lazım olan artmış əzələ funksiyası)

 

Dik durmaqda çətinlik

 

Zəif duruş

 

Daha ciddi kifoz əyrilikləri dərman müalicəsinin kifayət etmədiyi davamlı ağrılara, ağciyərlərə təzyiq nəticəsində tənəffüs problemlərinə səbəb ola bilər.

 

Travma və inkişaf anormallıqları, degenerativ disk xəstəliyi, iltihabi və yoluxucu xəstəliklər kifozun səbəbləridir.

 

Yuxarıda göstərilən səbəblərə əlavə olaraq əzələ və sinir-əzələ xəstəliklərinə görə də kifoz inkişaf edə bilər.

 

  • Serebral iflic
  • Əzələ distrofiyası
  • Onurğa əzələ atrofiyası
  • Spina bifida, Myelosel, Myelomeninqosel və s. kimi anadangəlmə qüsurlar
  • Paget xəstəliyi
  • Qocalma
  • Onurğa sütunu ətrafı əzələlərin zəifliyi
  • Uşaqlarda ortaya çıxan və səbəbi bilinməyən Scheuermann xəstəliyi
  • Osteoporoz və s. sümük əriməsi ilə yaranan patoloji fəqərə sınıqları
  • Onurğa travması nəticəsində sürüşmüş disklər
  • Onurğa törəmələri
  • Onurğa infeksiyaları (spondilodissit, spondilit və s.)
  • Birləşdirici toxumaların xəstəlikləri

 

Kifoz adətən əyriliklə yanaşı digər orqanlara təsiri ilə də xəstəni narahat edir.Kifoz zamanı xəstələrin onurğasında olan əyrilik səbəbli ağrılar meydana çıxır Bu əyilmələr zamanı fəqərəarası diskin sinirləri sıxması səbəbli baş verir.

 

Kifoz həm anadangəlmə, həm də sonradan qazanılma ola bilir. Erkən diaqnozun qoyulması və vaxtında aparılan müalicə kifozun inkişafını ləngidir və gələcəkdə baş verəcək ağrıların qarşısını alır. Xəstəlik anadangəlmə olduqda kifoz qısa bir zamanda və sürətlə inkişaf edir. Bu adətən doğuş travmaları zamanı baş verir.

 

Konjenital kifoz 3 formada qarşımıza çıxa bilər:

 

Fəqərə cisminin yalnız arxa tərəfinin inkişaf etməsi ilə yaranan hemivertebra

 

Fəqərə hissələrinin birləşməsi ilə olan seqmentlənmə (bölünmə) qüsuru

 

Bu iki qüsurun eyni anda görülməsi

 

Sonradan baş verən kifoz ən çox 10-15 yaşlı uşaqlar arasında olur. Bu yaşda olan uşaqların kifoza yaxalanma riski çox olur. Kifoza qadınlar və kişilər arasında eyni sayda rast gəlinir. Amma yetkinlik dövründə kifoza ən çox qızlar arasında rast gəlinir.

 

Kifozun gözlə görüləcək qədər böyük olması qozbellik adlanır. Qozbelliyə erkən diaqnozun qoyulması üçün öz uşağınızı özünüz müayinə edə bilərsiniz. Bu zaman uşağınızı soyundurun və ondan önə doğru əyilməsini xahiş edin. Bu zaman onurğa bölgəsində az da olsa qabarıqlıq müşahidə edilərsə onu mütləq həkimə aparmaq lazımdır. Qabarıqlıq olan hissədə ağrını olması isə xəstəliyin irəliləməsini və vəziyyətin ciddi olmasının işarəsidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama