ABŞ-da narkolepsiya üçün ilk kompleks təsirli dərman təsdiqlənib
07.08.2026 20:27


ABŞ-ın Qida və Dərman Administrasiyası (FDA) böyüklərdə narkolepsiya tip 1-in müalicəsi üçün "Orzeyful" (oveporekston) preparatını təsdiqləyib. Bu, xəstəliyin ayrı-ayrı simptomlarını deyil, əsas bioloji səbəbini hədəfləyən ilk preparat hesab olunur.

Aztibb.az xəbər verir ki, narkolepsiya tip 1 beyində orekstin (oreksin) ifraz edən hüceyrələrin itirilməsi ilə əlaqədar yaranan nadir xroniki yuxu pozğunluğudur. Yeni preparat orqanizmdə çatışmayan oreksin siqnalını bərpa etməklə gündüz yuxululuğu, katapleksiya, yuxu iflici və digər simptomların azalmasına kömək edir.

Preparatın effektivliyi və təhlükəsizliyi 273 yetkin pasiyentin iştirakı ilə aparılan iki klinik tədqiqatda qiymətləndirilib. Nəticələr göstərib ki, "Orzeyful" qəbul edən xəstələrdə gündüz ayıqlığı artır, yuxululuq və katapleksiya epizodları azalır.

Preparat gündə iki dəfə ağızdan qəbul edilir. Ən çox müşahidə olunan əlavə təsirlər yuxusuzluq, tez-tez sidiyə getmə və tüpürcək ifrazının artmasıdır.

"Orzeyful"un ABŞ bazarına çıxarılması üçün hazırda ABŞ Narkotiklərlə Mübarizə Administrasiyasının (DEA) yekun qərarı gözlənilir.

ÇOX OXUNANLAR
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Respublika Klinik Xəstəxanasında qida borusu törəməsi ilə bağlı uğurlu əməliyyat    
“Qızıl yaşlar” təşəbbüsündə fəallıq göstərən könüllülər təltif olunub
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
Tədris Cərrahiyyə Klinikasında xəstəyə uğurla laparoskopik xolesistektomiya əməliyyatı icra olunub
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
 Təcili tibbi yardım briqadasının üzvləri təltif olunublar   
 “Həkimlərimizi tanıyaq!” rubrikası regionlarda çalışan tibb işçilərini tanıtmaqda davam edir!
 Ürəyi iki dəfə dayanan şəxsin həyatı xilas edilib   
 Ağdaşın Ağzıbir və Qaradağlı kəndlərində aksiya: Vətəndaşlara 105 tibbi xidmət göstərilib   
Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 90 yaşlı pasiyent uğurla əməliyyat olunub
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
 AQTİ video-redaktor vəzifəsinə işçi axtarır